Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Arıxvəli

Böyük Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir. «Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz əksini tapır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qərbi Azərbaycan
loading...