Həyatı
Ermənistan SSR, Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 1 saylı respublika fizika -riyaziyyat təmayüllü internat məktəbi, 1979-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir, ixtisasca fizikdir. Cavan ulduzların spektral və fotometrik tədqiqi ilə məşğul olmuş, bu sahədə tanınmış mütəxəssisdir. Bu istiqamətdə 101 elmi məqalənin, 50-dən çox məruzənin, 3 kitabın müəllifidir. Həm namizədlik, həm də doktorluq dissertasiyaları üzrə ixtisas şifri 01.03.02-dir. Bir çox cavan ulduzların spektral və fotometrik dəyişkənliyinin periodikliyi aşkar olunmuşdur. T Buğa tipli ulduzların spektral və fotometrik xüsusiyyətlərinin ləkə modelində təhlili bu ulduzların fotometrik rəng göstəricilərinin dəyişməsini izah etməyə imkan vermişdir. T Buğa tipli ulduzların işıq əyrilərinin yeni klassifikasiya sxemi işlənib hazırlanmışdır. Həmin sxem əsasında klassik T Buğa ulduz qruplarında gedən fiziki dəyişmələrin keyfiyyətcə izahı verilmişdir. Cavan ulduzların müşahidə nəticələrinin kompleks şəkildə və bir-birindən asılı olmayan müxtəlif tədqiqat üsulları tətbiq edərək təhlil edilməsi göstərilmişdir ki, bir sıra kiçik və orta kütləli cavan ulduzlarda ilkin yaranma mərhələsində planetəmələgəlmə prosesləri baş verməkdədir.
Tarix: 05.02.2015 / 15:45 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qərbi Azərbaycan