Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Fatimənin (r.a.) fəziləti

1. Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin (r) yanına getmişdim. Soruşdum ki, peyğəmbər hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (ət-Tirmizi, “Mənaqib”, 3873).

2. Ummu Sələmə (r) rəvayət edir ki, “Fəth ilində Rəsulullah (s) Fatiməni (r) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (r) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (r) güldü. Rəsulullah (s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda, dedi: “Əvvəlcə Rəsulullah (s) mənə öləcəyini xəbər verdi, ağladım. Daha sonra məni Məryəm bint İmrandan başqa bütün Cənnət qadınlarının seyyidi (xanımı) olacağım ilə müjdələdi. Buna görə güldüm” (ət-Tirmizi, “Mənaqib”, 3872).
3. Misvər bin Məxrəmə Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar” (Buxari, “Kitabul-fadail əshab”, 12/61, 31/107).
4. Aişədən (r) rəvayət olunur ki, “Peyğəmbər vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (r) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: “Peyğəmbər (s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun Əhli-beytindən ona ilk çatan insan olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm” – dedi”. (Buxari, “Kitabul-fadail əshab”, 12/62).
Rəsulullah (s) qızlarından Fatiməni (r) daha çox sevirdi. Bu səbəbdən hətta Əliyə (r) Fatimə (r) ilə eyni zamanda başqasıyla evlənməyə icazə verməmişdir.
5. Misvər bin Məxrəmə peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm! İzin vermirəm! İzin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidən şey məni də incidir, ona əziyyət verən şey mənə də əziyyət verir” – dedim” (Buxari, “Kitabun-nikah”, 110/159).


Tarix: 01.05.2013 / 17:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...