Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Abdullah bin Abbasın (r.a.) fəziləti

1. İbn Abbas (r) rəvayət edir ki, “Rəsulullah (s) məni qucaqladı və: “Allahım, bunu dində fəqih (alim) et!” – deyə dua etdi”. Bir rəvayətdə: “Allahım, ona Kitabı öyrət!”, başqa bir rəvayətdə: “Allahım, ona hikməti öyrət!” – dediyi qeyd olunur. (Buxari, “Kita¬bul-fadail əshab”, 26/96, 97, “Kitabul-elm”, 18/17; Müslim, “Fadailus-səhabə”, 138 (2477); ət-Tirmizi, “Mənaqib”, 3823, 3824).
Abdullah bin Abbas (r) peyğəmbərin (s) əmisi oğludur. Hicrətdən 3 il əvvəl Məkkədə anadan olub. Hicrətin 68-cı ilində Taifdə vəfat etmiş, cənazə namazını Əlinin (r) oğlu Məhəmməd bin Hənəfiyyə qaldırmış və: “Bu gün islam ümmətinin böyük tərbiyəçisi ölmüşdür” – demişdir.
Peyğəmbərin etdiyi dua nəticəsində Abdullah bin Abbas (r) islami elmlərin hamısında (təfsir, fiqh) ən yüksək zirvəyə qalxmış, “rəisul-mufəssirin” (Təfsirçilərin rəisi), “tərcumanul-Quran”, “hibrul-ummə” kimi ləqəblərlə tanınmışdır.


Tarix: 01.05.2013 / 17:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...