Gözəl və baxımlı görünmək üçün ən fundamental olanı sağlam bir dəriyə sahib olmaqdır. Həm yaz, həm də qış mövsümündə dərinizin ehtiyaclarını qarşılayacaq bir nəmləndirici krem möhtəşəm görünmənizi təmin edəcək. Makiyajınızın hamar olması üçün təmiz dəriyə nəmləndirici krem çəkib təxminən 2 dəqiqə gözləməniz kafi olacaq. Nəmləndirici kremlər; dərinizi qoruyar.
Zəmini Hazırlayın!
Makiyaja başlamaq üçün nəmləndirici kreminizi çəkdiyiniz üçün bir sonrakı tətbiqə keçə bilərsiz yəni fondöten istifadəsinə! Təbii, incə quruluşlu və sıx nəm təmin edən fondötenleri seçərək dərinizin gün boyunca baxımlı görünməsini və nəfəs alaraq sağlamlığının qorunmasını təmin edə bilərsiniz. Fondöten fırçası ilə az miqdarda fondöten götürüb üzün ortasından yanaqlara və xaricə doğru yayaraq çəkin. Əvvəl üfüqi sonra da şaquli hərəkətlərlə tətbiqə diqqət yetirin.
Gözlərinizi cəlbedici edin!
Heç makiyaj etməyə zamanınız olmasa belə kirpik üçün tuş sürmək gözlərinizi önə çıxarar və sizə möcüzə bir görünüş qazandırar. Yaxşı marka və həcmli göstərən kirpik üçün tuşu makiyaj çantanızdan əskik etməyin. Kirpik üçün tuşdan ən yaxşı nəticəni əldə etmək üçün kirpiklərin öncə xarici qismini sonra daxili tərəfini yuxarıya doğru yüngül hərəkətlərlə darayın. Beləcə kirpiklərinizi kirpik üçün tuş fırçasıyla tam olaraq darayın və daha dolğun bir görünüş qazandırarsınız.
Dodaqlarınızı Dolğunlaşdırın!
Pomada seçkisində prioritetiniz müsbət təsir edən və rəng verən məhsullar olmalıdır. İstifadə etdikdən sonra dodaqlarınızı qurudan, çatlamasına səbəb olan pomadaların, rəngini çox bəyənsəniz belə artıq istifadə etmənin. İkisini bir yerdə təqdim edən pomadalar tapa biləcəyinizdən əmin ola bilərsiniz. Pomadanızı sürdükdən sonra dodaqlarınızın tam ortasına işıltılı bir parladıcı çəkin. Bu hərəkət dodaqların daha dolğun görünməsini təmin edəcək
Tarix: 24.12.2012 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri