Sizin üzünüz 20 yaş “+5 -5” ilə mükəmməl görünür: elastik, düzgün rəngə malik, sağlam parıltılıdır.
Bunu necə qorumaq lazımdır?
Hər ay dəri hücüyrələri yenilənirlər, kollaqen və elastin lifləri onu ideal tonusda saxlayırlar. Siz helə xüsusi antiyaş prosedurlarında ehtiyac duymursunuz; əsas qidanıza fikir verməlisiniz, yaxşı yatmalısınız, düzgün kosmetik vasitələrdən istifadə etməlisiniz ki, bu kosmetik vasitələr dərinizi ətraf mühütün mənfi təsirindən dərinizi qorusun.
Profilaktik prosedurlar:
Üz dərinizi həmişə təmiz saxlayın və ölmüş hüceyrələri həmişə təmizləyin. Əgər üzünüz yağlıdırsa və sızanaqlar yaranırsa, üzünüzü gündə dərin təmizləyici vasitələr ilə yuyun. Bununla siz həmdə üzünüzün təbii parlaqlığını qoruyub saxlaya biləcəksiniz.
Ölü hüceyrələrin təmizlənməsi nəmləndirici vasitənin işini daha da effektiv edəcək. Onun tərkibindəki elementlər dərinizin dərinliklərinə kimi gedib çatacaq.
Günəşdən qorunma vasitələrdən istifadə edin. Bu vasitələr sizin üz dərinizin cavanlığını qoruyacaq ən sadə və effektiv üsuldur.
Tonal kremdən və pudradan çox istifadə etməyin. Bu yaşda sizin dərinizdə gizlədiləcək bir şey yoxdur. Sızanaqları isə konsilerin köməyi ilə gizlədə bilərsiniz.
Tonal kremi tük qələm ilə və nazik lay ilə üzünüzə vurun ki, maska effekti alınmasın. Tük qələmi hər həftə yumağı unutmayın.
Tunc parlaqlığından istifadə edin. Tunc ənlikləri çəhrayı və şaftalı rəngli ənliklərə gözəl alternativdi. Almacık sümüyünə bu ənlikdən vursanız üzünüzün təbii və sağlam parlaqlığını önə çəkmiş olarsınız.
20 yaşda dodaqlar daha gözəçarpan olurlar.
Daha dolğun, duyğulu və parlaq rənglərdən istifadə edin. Çiyələk, moruq və mandarin rəngləri ola bilər.
20 yaşlı üzün risk faktorları:
Əgər siz düzgün qidalanmırsınız isə, siqaret çəkirsiniz isə, daimi stress halındasınız isə, çirkli ətraf mühütdə yaşayırsınız isə, onda tez qocalamaq riski ilə üz üzə durduğunuzu bilin.
Siqaret – qan damarlarının yığılmasının səbəblərindən biridi. Bu da oksigenin azalmasına, qidalandırıcı maddələrin hüceyrələrə daxil olmasına maneə törədir. Üz rənginiz solur, üz məsamələriniz böyüyür, dodaq konturlarınız “qaçır”.
Düzgün qidalanmasanız heç bir kremin sizə xeyiri olmaz. Nəmi və antioksidantı dəri qidadan alır. Gündə ən azı 5 müxtəlif meyvə və ya tərəvəz yeməlisiniz. Təbii antioksidant likopen pomidorda və yaşıl çayda, beta-karotin (A vitamini) – kök, qozda, E vitamini – bitki yağlarında, günəbaxan tumlarında və dəniz məhsullarında olur.
Düzgün yuxu saatı, gözəllik saatı kimi adlandırılır. Biz yatarkən orqanizm böyümək hormonunu hasil edir ki, bu hormonlar hüceyrələri “təmir edir”, dəri, saç və sümük sisteminin ehtiyyatlarını bərpa edir.
Çalışın tez tez rahatlayasınız, stress hallarından uzaq durun. Stress zamanı böyrəküstü vəzlər kortizol hormonunu hasil edir ki, buda artıq çəkinin yaranmasına gətirib çıxardır.
Çirkli ətraf mühüt dəri problemlərinin mənbəyidir. Bu E vitaminin üzdə ¼ hissəsinin itirilməsinə səbəb olur.
20 yaşında maskalanmaq qaydaları:
Tonal krem əvəzinə rəng çalarları effekti olan nəmləndirici kremlərdən istifadə edin. Göz altı qaraları və xırda qırışıqları gizlətmək üçün konsilerdən istifadə edin.
Ənliyi və kremi seçərkən onun işıq əks eləyən hissəcikli olmasına fikir verin – onlar vizual olaraq üzünüzdəki əyrilikləri örtəcəklər. Keyfiyyətli tuşu da unutmayın.
Makiyaja vaxtınız olmasa da tuşdan istifadə edin ki, gözünüzün konturlarını önə çəksin. Tuş qələmini kipriyinizin dibində 3 saniyə gözlətdikdən sonra yuxarıya doğru aparın. Belə sizin kiprikləriniz daha gözəl və düzgün forma alacaqlar.
Tarix: 25.12.2012 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 577 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri