Üz gözəlliyini ön plana çıxardan qaş və kirpiklərdir. Əgər qaş və kirpiklərinizin gözəl olmadığını düşünürsünüzsə bu üsulları tətbiq edərək gözəl qaş və kirpiklərə sahib ola bilərsiniz.
Kirpikləri Uzatmaq Üçün
1 stəkan suyu qaynadın.
1 çay qaşığı hind yağı və 12 qr kakao yağı (1 yemək qaşığından biraz az) əlavə edib qarışdırın.
Qabı isti su dolu bir başqa qabın içinə yerləşdirib krem konsistensiyasına gələnə qədər istilədin.
Qarışığı soyudub 15 gün boyunca yatmazdan əvvəl gözlərinizə tökməmədən diqqət yetirərək kirpiklərinizə sürtün. Sürtmə əməliyyatını kirpik kökündən uca doğru tətbiq edin.
Kirpikləri gurlaşdırmaq üçün
Bərabər ölçüdə hind yağı və badam yağını bir şüşədə qarışdırıb 15 gün boyunca axşam yatmazdan əvvəl gözlərinə tökmədən kirpiklərinizə dibdən uca doğru sürtün.
Kirpik Tökülməsi, səhvən yanma və ya kəsilməsi kimi vəziyyətlərdə insanın əhvalını korlayan və aynayla sizi küsdürəcək vəziyyətə gətirən bu kimi vəziyyətlərlə qarşılaşanlar üçün bitki mənşəli üsullar və ya taxma kirpiklər köməyinizə gələ bilər.
Sağlam Kirpiklər
Gülhan Beydemir
Təbii Üsullarla Kirpik Tökülmələrini Önləmək Üçün :
1 Stəkan ilıq çaya 1 qr. döyülmüş kinin qatılmalı, kirpiklər və kirpik dibləri bu su ilə, kibritə pambıq dolayaraq ya da qulaq pambığıyla isladılmalıdır. Bu tökülməyi önləyər. Bu su, hər 3 gündə bir yenidən edilməlidir, əks halda bayatlayar.
Kükürdlə zəngin qidalar (soğan, turp, kələm, qara yerkökü, kərə) ilə D vitaminli qidalar (balıqyağı, yumurta, balıq) tez-tez yeyilməmlidir. Bunlar kirpiklər və qaşların sağlam qalmalarını təmin edər və tökülmələri önləyər.
Suna Dumankaya
Kirpiklərin Uzanması və qalınlaşması üçün :
1 şorba qaşığı quyruq yağı, 5 dənə qoz içi, 5 dənə fındıq içini bir qazanda Bain Mari üsulu ilə əridin. Süzdükdən sonra içinə bir neçə damla ətir damladın. Şüşə qabda saxlayın. Qulaq çubuğu ilə kirpik diblərinə sürtün.
Bir şorba qaşığı badam yağı, bir çay qaşığı buğda toxumu yağı və bir çay qaşığı soya yağına 3 dənə qoz və fındıq qatın. Bu qarışığı az qazda 10 dəqiqə istilədin. Süzərkən bir çay qaşığı lanolin qarışdırın. Kiçik bir şüşə qaba qoyub, hər gecə yatmazdan əvvəl pambıq köməyiylə yüngülcə kirpik diblərinə sürtün. Ancaq gözünüzə düşməməsinə diqqət yetirin.
3 qaşıq hind yağı ilə 1 qaşıq konyak yaxşıca qarışdırılar. Yatmadan əvvəl kirpik fırçası ilə kirpiklərə və kirpik diblərinə bu qarışıqdan sürtülüb, yatın. Bütün gecə bu yağ, kirpiklərə təsir edəcək. Səhər 1 su stəkanı isti suya 2-3 çay qaşığı quru və parçalanmış qoz yarpağı qoyub 15 dəqiqə sonra pambıqdan süzün. Kirpiklərinizi bu su ilə yaxşıca silin və qurudulub fırçalayın.
Kirpiklərin Gurlaşması üçün :
Kirpik Fırçası
Bir şorba qaşığı badam yağı, bir çay qaşığı buğda toxumu yağı və bir çay qaşığı soya yağına 3 dənə qoz və fındıq qatın. Bu qarışığı qazda 10 dəqiqə istilədin. Süzərkən bir çay qaşığı lanolin qarışdırın. Kiçik bir şüşə qaba qoyub, hər gecə yatmadan əvvəl pambıq köməyiylə yüngülcə kirpik diblərinizə sürtün. Gözünüzə tökməməyə diqqət yetirin. Ayrıca hazır məhsullarımızdan da faydalana bilərsiniz.
Qaş və kirpik üçün iki fındığı teflonda qovurun. Hələ ilıqkən bunu qaş və kirpiklərinizə basdıraraq sürtün.
Hər axşam bunu tətbiq edin.
Tarix: 25.12.2012 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri