Bananın yarısını əzərək 1 çay qaşığı süd ilə qarışdırın. Üzün dərisinə və boyuna çəkib 15 dəqiqə ərzində saxladıqdan sonra yuyun.
¼ stəkan südü ¼ stəkan ərik şirəsi ilə qarışdırın. Tənzifdən hazırlanmış salfeti (əvvəlcədən gözlər üçün müvafiq dəliklər açmaqla) bu şirə ilə isladaraq 15-20 dəqiqə ərzində olmaqla üzünüzə qoyun, üstünü ilıq nəm dəsmalla örtün.
Almanı sürtgəcdən keçirərək 1 çay qaşığı xama və 1 çay qaşığı nişasta (kraxmal) ilə qarışdırın. Üz dərinizə çəkərək 20 dəqiqə ərzində saxlayın.
Bir neçə üzüm giləsi götürərək onları yarıya bölüb üz dərinizə sürtün. 15-20 dəqiqə keçdikdən sonra su ilə yuyun.
Bir neçə yetişmiş albalını yaxşı-yaxşı əzərək üzərinə ½ çay qaşığı bal və 1 çay qaşığı aloye bitkisi şirəsi əlavə edərək qarışdırın. Üz və boyun dərisinə çəkin və 20 dəqiqə ərzində saxlayın.
Bir neçə kahı yarpağını xırda-xırda doğrayaraq üzərinə 1 çay qaşığı limon şirəsi və 1 çay qaşığı zeytun yağı əlavə edərək qarışdırın. Üzün və boyunun təmiz dərisinə çəkin. 15-20 dəqiqədən sonra su ilə yuyun.
1 yumurta sarısını 1 xörək qaşığı xama və 1 xörək qaşığı yerkökü şirəsi ilə qarışdırın. Alınan qarışığı üz dərinizə çəkin və 20 dəqiqə ərzində saxladıqdan sonra su ilə yuyun.
Acı şokoladı əridərək ondan 1 çay qaşığı götürüb, qatı konsistensiya alınanadək qaymaq ilə qarışdırın. Alınan maskanı ilıq vəziyyətdə üz və boyun dərinizə çəkin və 10 dəqiqədən sonra su ilə yuyun.
2 çay qaşığı bal, 2 çay qaşığı kəsmik və ½ çay qaşığı çaytikanı yağını qarışdıraraq üz və boyun dərinizə çəkin və 20 dəqiqədən sonra su ilə yuyun.
3-4 ədəd əriyi 1 çay qaşığı yulaf yarması (“herkules”) ilə blenderdə əzin. Alınan maskanı üzünüzə çəkin və 15 dəqiqədən sonra su ilə yuyun.
Kivini təmizləyərək sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı bal əlavə edərək qarışdırın və dəriyə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.
1 xörək qaşığı kəsmik, 1 xörək qaşığı xama və 1 çimdik duzu qarışdırın. Alınan qarışığı üzünüzə çəkərək 20 dəqiqə saxlayın.
Bir qədər təzə mayanı xamanın qatılığına kimi süd ilə qarışdırın və dərinizə çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun.
10 qram təzə mayanı ½ limonun şirəsi ilə qarışdıraraq dərinizə çəkin. 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.
1 çay qaşığı balı 1 çay qaşığı qliserin (apteklərdə satılır) və 2 çay qaşığı su ilə qarışdırın. Üzərinə tədricən 1 çay qaşığı buğda unu əlavə etməklə bir daha yaxşı-yaxşı qarışdırın. Alınan maskanı dərinizə çəkin və 20-25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Tarix: 24.12.2012 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri