Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə hələ də həyatınızda biri yoxdur

Soruşmaq istədiyimiz sual, "Niyə hələ də evlənmirsiniz?" "Niyə həyatınızda biri yoxdur?" tək qalmanıza gətirib çıxaran 3 problemi, aşmanız ümidiylə sıralayırıq. Bir əlaqə yaratmaq üçün çalışır ,amma hər dəfəsində əli boş dönürsünüzsə, böyük ehtimalla sizin səhvinizdən qaynaqlanır. Səhvlərlə üzləşmək, problemləri aşmaq üçün atılması lazım olan ən əhəmiyyətli addımı tapmaq lazımdır. Araşdırdıq, bir həyat yoldaşına sahib olmağı çox istəsəniz də tək qalmanıza gətirib çıxaran 3 səbəbi ortaya çıxardıq
1. "Mükəmməl kişi sindromu" probleminiz var : Mükəmməl kişini axtarmaq dərdinə düşmək, çox təəssüf ki ən böyük səhvlərdən biridir. həmişə deyilir axı, "heç kim mükəmməl deyil".Bu "heç kim"in içinə kişiləri niyə daxil etmirsiniz? Çox qadın, dönüb belə bir fərdi keçmişinə baxdığında nə çox kişini boş bəhanələrlə əlinin tərsiylə itələdiyini fərq edər. Kiminin boyunu kifayət qədər uzun tapmaz, kiminin saçları tökülməyə başlamışdır, xəyalında keçəl biri olmadığını fərq edər, kimi rəqs etməyi sevmirdi, kiminin bir danışma pozuqluğu vardır… Bəlkə də şans vermədiyiniz kişi bir qurbağa şahzadədir! amma, hər kəs kiçik bir şansı haqq edər. Həm sonra həyat pəri nağılındakı kimi deyil ki. Hər şey dörd dördlük ola bilməz. Həyat da axıb gedir, elə deyilmi? Bir yerdən tapmaq lazımdır.

2. Doğru zamanda doğru kişinin mütləq sizi tapacağına inanırsınız : Həyatınızda birinin olmasını istəyirsiniz amma heç cür ‘doğruyla qarşılaşa bilmirsiniz. Yaxşı da axtardığınız xüsusiyyətdəki kişilər də göydən düşmür ya… Elə olsaydı, qollarınızı açıb üzünüzü səmaya dönərərdiniz və istədiyiniz qucağınıza düşər düşməz qapıb qaçardınız. Zarafat bir tərəfə, siz yəqin bu doğru zamanda doğru kişinin mütləq gəlib sizi tapacağına inananlardansınız. Amma bilməlisiniz ki, sizin bir səyiniz olmadan ‘ doğrunun gəlib sizi tapacağına inanmaq, bir az romantik komediya izləmə vərdişindən qaynaqlanır. Potensial partnerlərlə görüşməni " siyahınız"ın başına qoymalısınız. Tez-tez çölə çıxın (xüsusilə sizin kimi partnersiz dostlarınızla), ictimai mühitlərə qarışın, yeni insanlarla tanış olmaq üçün həvəsli olun. Kiçik bir xəbərdarlıq: Əsla həyatınızın kişisini barda üçüncü içkini yumruqladıqdan sonra tapmağı xəyal etməyin. O adam səhv adam ola bilər.

3. Səhv kişilərlə eşqbazlıq etməyə çalışırsınız : Qarşınıza çıxan kişi tam da boşanma ərəfəsindədirsə, sizin etməniz lazım olan ona "boşandıqdan sonra görüşmək üzrə" deməkdir. Boşanma kişidən qaynaqlanırsa və səbəb hər nə olursa olsun, o kişinin dəyişmə ehtimalı çox aşağıdır. Yəni boşanma səbəbi aldatmaqsa məsələn, boşanma reallaşmadan sizinlə görüşmək istəməsi onun gerçək üzünü göstərər. Həm heç bir zaman bunu sizə də etməyəcəyindən əmin ola bilməzsiniz. Sizə dəyişdiyini desə də yalanlarla və aldatmalarla atacağınız addım zaman olmadığını həm özünüzə həm də ona xatırlatmalısınız.


Tarix: 12.06.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...