Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizce Qadın evə çörək pulu gətirə bilərmi?

Dünya yaranandan qadın və kişi münasibəti mübahisəli məsələlərdən biri olub.Hər nə qədər əvvəllər qadınlar kişilərdən asılı olduqlarını,kişilərsiz onların yaşaya bilməyəcəyini qəbul etsələr də günümüzdə artıq bu belə deyil.Qadınlar da özlərini kişilərlə bərabər hüquqda görür,kişilərin bacardığının 90%ni qadının da bacaracağını iddia edir,onlarla eyni səviyyədə olduqlarını deyirlər.Əksər kişilər (hətta demək olar ki hamısı) bunu,qadınlarla kişilərin bərabər ola biləcəyini qəbul etmir.
Onlar hər zaman qadınlardan 1 addım qabaqda olduqlarını deyirlər.Hər nə qədər qadın işləmək,evə pul qazanmaq istəsə də kişilər bunu özlərinə sığışdırmır.Sevgililik dönəmində buna səs çıxarmırlar lakin evləndikdən sonra hər şey dəyişir.Onlar artıq qətiliklə həyat yoldaşnın işləməyini istəmirlər.Buna görə də evin bütün məsuliyyətini öz boyunlarına götürürlər.Evin rəisi bundan sonra özünü evin ağası sayır.Nə də olsa artıq evin çörək pulunu o qazanır.Təbiidir evin çörək pulu kişinin məsuliyyətindədir.Lakin qadın da evə çörək pulu gətirə bilər.
Mövcud cəmiyyətdə qadın artıq demək olar ki,geniş hüquqlara malikdir.Qadın da kişi kimi işləyə bilir,maşın sürə bilir,niyə pul qazana bilməsin?
Kişilərin əksəriyyəti bunu qəbul eləmir.Hələ işləməyənlər ümumiyyətlə qəbul etmirlər.Qadınların onlarla bərabər hətta bəzən üstün olması onlara dözülməz gəlir.Amma niyə də yox.Qadın incə olduğu qədər də güclü məxluqdur.Hər nə qədər kişilər bunu qəbul etməsə də qadınlar da bəzən kişilər qədər səlahiyyətli və güclü olurlar.


Tarix: 24.05.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...