Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlin qayınata münasibəti

Bir professoru yaxından tanıyırdım.Həmişə görüşəndə bir saata qədər söhbət edərdik.Hər sahədən soruşardı,əhval tutardı.Mən də borclu qalmazdım.Yaxşı müsahib olduqda adamın ürəyi açılır.Bir gün əhvalını çox pəjmürdə gördüm.Həmişəki kimi söhbətləşdik.Söhbətin sonunda mənə bir sual verdi və həm də etirazını bildirdi: "bir mənə deyin görüm,adam da malını pulunu verər,evinə düşmən gətirər?! " Söhbət gəlindən gedirdi.Cəmi iki il idi ki,gəlin gətirmişdi.Oğul da işləyirdi,arvadı da.Maddi tərəfdən çətinlikləri yox idi.5 otaqları vardı,bərli bəzəkli.2 otağı gəlinə vermişdi.Nəvə də görmüşdü, sevinmişdi də.
Başqa birisini də misal gətirim.Bir universitetdə təhsil almışdıq.Yazığın biri idi.Ürəyi pilə kimi.Lap başına qapazı vur,əlindən tikəsini al.Hər dərdini mənə danışardı. Üç oğlu var idi.Hər üçünü ev-eşik eləmişdi.Yoldaşı rəhmətə getmiş,özü uşaqlarından ayrı yaşayırdı. Yana-yana danışardı: "Nəvəmi çox istəyirəm.Görməyə getmişdim.Qapının zəngini çaldım,çox çaldım.Bilirdim ki,oğlum evdə olmasa da,gəlin, uşaqlar evdədir.Nəhayət qapı açıldı.İçəri girdimsə də gəlin salamımı ağız ucu aldı və sürətlə də dönüb getdi.Mən uşağın əlindən tutdum,öpdüm və qucağımda oturtdum. Gətirdiyim oyuncağı, şirniyyat və meyvə torbasını əlinə verdim. Gəlindən səs çıxmadı.Nə xoş gəldin oldu,nə bir stəkan çay təklif etdi.Mən uşaqla bir az oturub çıxdım.Qapını bağlayanda dedi: "Neynirdiz bu şeyləri almısız.Özümüz hər şey alırıq”. Heç nə demədim.Deməyimin nə mənası vardı? Məgər mən yeyib içməyə,yaxud pul istəməyə gəlmişdim.Şükür ilahinin kərəminə gedirəm, işləyirəm,heç nəyə ehtiyacım yoxdur,bura ancaq nəvəmi görməyə gəlmişdim.Axı,mən babayam.
Bu sözlərin qarşısında lal olmuşdum.Babanın dardli-hüznlü siması nələrdən danışmırdı.Necə təsəlli verəydim.Sözüm yox idi,quruyub qalmışdım.
Gözəl-göyçək gəlinlər! Qayınananın,qayınatanın hesabına brilyant taxıb bəzək vuran gəlinlər! Şubası yerlə sürünən gəlinlər! Baxırsan deyirsən bunun mayasına pul verməyib ki,nəticədə süpürgə edib.Yaddan çıxarmayın-qayınana illərlə düyünçə bağlayır,yaxşı şeyi özünə qıymır,gəlinə saxlayır,sandıq-boğça bağlayır,yeri gələndə ərinə deyir; "Kişi,el var,oba var,layiqli getməliyik.Qız qapısı-şah qapısı” deyiblər”
Bir də,gözəl gəlinlər,qədəmləriniz mübarək sizə deyiblər.Qoy sizin qədəmləriniz axıra qədər mübarəkliyini qoruyub saxlasın. Qədəmlərinizin qədrini bilin.Həmişə gülərüz,mehriban olun.Bir haqq-hesab dəqiqəsini də unutmayın.Siz də oğul-uşaq sahibi olub,qocalacaqsınız.Çox müdrik atalar sözünü bir an da yaddan çıxarmayın: "Nə əkərsən,onu da biçərsən”.


Tarix: 17.05.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...