Mütəxəssislər ünsiyyət qurarkən çətinlik çəkən insanları
"Çətin adam" olaraq adlandırırlar. Çətin insanlar, cəmiyyətdən cəmiyyətə, insandan insana müxtəlif cür təsir edilsə də təməldə bənzəri davranışlar göstərirlər.
İnsanlar çox ətraflarındakı çətin adamlardan şikayət edirlər. Evdə, işdə, məktəbdə qısacası hər şəraitdə çətin adamlarla rastlaşmaq mümkündür. Əslində "çətin adam" məfhumu yoxdur. Təkid edici davranışlar vardır. Əfsuslar olsun ki, bəzi insanlar mütəmadi olaraq belə hərəkət edirlər."Coping With Difficult People" - "Çətin adamla yola getmək" kitabının müəllifi Robert M. Bramson bəzi insanların niyə fərqli davranış göstərdiklərini belə tərif edir: "Bəzi insanlar qarşısındakının qabiliyyətini aşağı salmaq və onların həvəsini sındırmaq üçün bilərəkdən "çətin" davranışlar gцstərirlər. Hər bir çətin insan bir-birinə qarşı çətin hərəkət etməz. Bəzi çətin adamlar daim danışıb heç dinləməzkən, digərləri də hər zaman son sözü söyləməyi seçir. Kimisi həmişə sizi tənqid edir. Bəziləri isə səssiz: bəziləri aqressiv olur. Bu nöqteyi-nəzərdən mütəxəssislərlə çətin adamların davranışlarını bu cür xarakterizə edir: Təhsili və biliyi yetərsiz olmasına rəğmən özünü mükəmməl hesab edənlər.Biliyi və təcrübəsi yetərsiz olmasına baxmayaraq özünü mükəmməl hesab edənlər.Əhəmiyyətli işlərdə bacarığı olmayanlar.Xətasını qəbul etməyən, hər zaman açıqlama verib özünü təmizə çıxarmaq istəyənlər.Yavaş düşünən və hərəkət edənlər.İşləri qarışdıranlar.Heç danışmayanlar, məlumatı ağzından zorla aldığınız insanlar.Səhv başa düşməyə təkid edənlər.Qarşısındakının söylədiklərinə əhəmiyyət verməyən.Vəzifə müxtəlifliyi səbəbi ilə görüşəndə belə o fərqi hiss etdirənlər.Qarşısındakı insana hörmət bəsləməyənlər.Təkcə öz gördüyü işin əhəmiyyətli olduğunu düşünən.Hər zaman hadisələr və ətrafındakıların üzərində nəzarət etməyə çalışan insanlar.İmpatiya yarada bilməyənlər.Həmişə "mən haqlıyam" deyənlər.
Çətin insanlarla necə ünsiyyət qurulmalıdır?
Çətin adamların özünəməxsus xüsusiyyətlərini artırmaq mümkündür. Ancaq bütün bu xüsusiyyətlərin içində çətin adamları 5 alt başlıqda xarakterizə etmək mümkündür.
1)Aqressiv insanlar: Aqressiv davranışlar içində olan. Sakit şəkildə özünüzü ifadə edin və sizə qarşı olan aqressiv hərəkətlərə əmin bir şəkildə qarşılıq verin.
2)Hər şeyi bilənlər: Belə insanlar mübarizə apararkən yaxşı hazırlaşmaq lazımdır. Əksinə qabiliyyətini tərifləyin. Lazım olanda səhvlərini üzə çıxaracaq suallar verməkdən çəkinməyin.
3)Şikayətçilər: Etibar etmirlər.Özlərinə qarşı inam hissi də çox deyildir. Özlərinə qarşı yarımçıq olan etibarlarını gizləmək üçün istəksiz, hər şeydən və hər kəsdən şikayət edən davranışları olur. Bu insanlara "başqalarının görmədiklərini görürsən" kimi onların etimadlarını artıracaq sözlərlə yanaşın. Qulaq asın ancaq heç vaxt mübahisə etməyin. Ona qarşı müdafiəsiz davranmayın.
4)Haqsızlıqla qarşılaşanlar: Yaxşı qulaq asın və onu başa düşdüyünüzü göstərin. Sonra diqqətinizi cəmləşdirərək onu dəyişikliyə motivə edin.
5)Gizli hücum edənlər: Belə insanlara qarşı nə qədər geri çəkilsəniz o qədər də sizin üzərinizə gəlməyi xoşlayırlar. Geri çəkilməyin. Zarafata salın.
Tarix: 18.05.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri