Qadınlar dırnaq boyalarının dırnaqda uzun müddət qalmasını istəyir. Dırnaq boyasının uzun müddətli olmasını təmin edən məsləhətlərlə tanış olun:
1. Boya çəkməzdən əvvəl dırnaqlarınızı artıq çıxıntılardan təmizləyin. Beləliklə, dırnaq boyası rahat çəkiləcək.
2. Dırnaq boyasının təzəliyinə fikir verin və çəkməzdən əvvəl çalxalayın.
3. Dırnaq boyasını dırnağınızın ortasından çəkməyə başlayın və fırçanı 3 dəfə hərəkət etdirməklə tamamlamağa çalışın.
4. Dırnaq boyasını ikiqat çəkmək istəyirsinizsə, bir neçə dəqiqə gözləyin, daha sonra bir də çəkin.
5. Dırnaq boyasını çəkdikdən sonra heç bir iş görmədən qurumasını gözləyin.
6. Dırnaq boyasını çəkdikdən sonra dırnaq qoruyucu vasitələrdən istifadə etməyə çalışın.
7. Dırnaq boyasına zərər verən sərt səthlərdən özünüzü gözləyin.
8. Kimyəvi maddələrdən - qabyuyan, hamam, tualet təmizləyicilərindən istifadə edirsinizsə, mümkün qədər əlcəklərdən istifadə etməyə çalışın.
Tarix: 29.12.2012 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri