Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyann birinci xanımları

Dünyann birinci xanımları
Dünyanın birinci xanımları: Siyasətçi,fotomodel, iş adamı ,evdar qadın...Onlar dəbi diqtə edirlər, onlar daima diqqət mərkəzindədirlər və məhz onlar milyonların pərəstiş obyektidirlər. Bu xanımlar birincidirlər.Öz ölkələrinin birincisi...Burlaxatun sizə dünya prezidentlərinin xanımlarını tanıdır-1-ci xanımlar?...

Svetlana Medvedeva





Svetlana Medvedeva 1993-cü ildən Rusiya prezidenti Dmitriy Medvedevin xanımıdır. Ixtisasca iqtisadiyyatçı olan xanım Medvedeva,
1995-ci ildə oğlu dünyaya gəldikdən sonra işləmir, oğluna baxır. Avropada və Rusiyada sosial-mədəni layihələrin həyata keçirilməsi ilə məşğuldur. Sosial-mədəni təşəbbüslər Fondunun təsisçisi və rəhbəridir. Öz ana dilindən başqa Fransızca bilir.

Karla Bruni








Karla Bruni- Fotomodel və müğənni,gözəl və yaraşıqlı xanım. Həm də 1-ci xanım. Fransanın 23-cü prezidentinin ,3-cü xanımı Karla Bruni 1997-ci ildə podiumu tərk edərək ,yalnız müəğənni kimi fəaliyyətini davam etdirir. 2008-ci ildə ,artıq 1-ci ledi olduğu dönəmdə 3-cü albomu işıq üzü görüb. Albom satışa çıxdığı ilk 3 gün ərzində 14 100 nüsxə albom satılıb. İlin sonunda isə artıq 500 000 nüsxə albom satışa çıxarılır və onlardan 300 mini yalnız Fransada satılır. Karla Bruni siyasi fiqur olmadığını iddia edir. Onun qeyri-adi hərəkətləri bu gün də insanları şoka salır. Fransanın yüksək kübar cəmiyyətinin nüfuzlu jurnallarından olan "Point Di Vue", Fransanın birinci xanımı Karla Bruninin çox az iş gördüyünü və sıravi insanlarla təmasda olmadığını söyləyərək onu Fransanın köhnə
kraliçası Marie Antoinetteyə bənzədib. Aristokratların həyatlarını araşdıran həftəlik jurnal, Bruninin foto şəkillərini, çox rahat bir həyat yaşayan və 1793-cü ildə vətən xaini olmaqda suçlanaraq ilyotinlə başı kəsilən Antoinetteninkilərlə yan-yana verdi. Jurnalın "Eyni duruş, eyni baxış, eyni gülümsəmə" cümləsini istifadə etdiyi yazıda iki qadının da dizaynçılarından əlindən çıxma paltarlara
olan ehtirasına toxundu.
Sara Braun





Sara Braun - Böyük Britaniyanın baş nazirinin xanımıdır.Solğun, göz qamaşdırmayan sakit tərzə malikdir. Son illər KİV xanımı Braunu özünü Karla Bruniyə bənzətməkdə günahlandırır. Sara Braun bir neçə xeyriyyə fondunun rəhbəridir.

Əsmə Əsəd




Əsmə Əsəd-Suriya prezidentinin xanımıdır. 3 uşaq anasıdır. 2008-ci ildə Fransanın "Elle" jurnalı xanım Əsədi "Planetin ən zərif 1-ci ledisi" adına layiq görmüşdü. Xanım Əsmə Əsəd tez-tez televiziya ekranlarında görünür və istənilən mövzuya dair öz açıq fikirlərini
söyləməkdən çəkinmir.
Lorin Xarper



Lorin Xarper- Kanadanın baş nazirinin xanımıdır. Bütün boş vaxtını fotoqrafiya sənətinə həsr edir. İxtisasca jurnalist və fotoqrafdır. Dizayn şirkətlərindən birinin sahibəsidir. Əl işləri ilə məşğuldur. Eyni zamanda pişikləri ,ekstrimal idman növlərini sevir. Həyat yoldaşının siyasi baxışlarını dəstəkləyir. Uşaqları dünyaya gəldikdən sonra biznes və siyasətdən kənarlaşıb.
Evelin İlves





Evelin İlves- Estoniya prezidentinin xanımıdır. Bütün pulunu vizaj, kosmetologiya və idman məşğələlərinə xərcləyir. İş qadınıdır.Bağçılıq, mətbəx və əl işləri ilə məşğul olur. Öz əli ilə tikdiyi libasları xeyriyyə auksionlarında satışa çıxardır.

Şantal Biyya



Kameron prezidentinin xanımı Şantal Biyya Afrikadakı ilk QİÇS əleyhinə beynəlxalq mərkəzin təsisçisi və rəhbəridir. Xanım Biyya xeyriyyəçiliklə məşğuldur. Birinci ledilər arasında öz saç düzümü ilə seçilir. Kamerunda xanım Biyyanın tərzi xanımlar arasında dəbdədir. Bu tərz Şantal Biyya tərzi adlanır.

Mişel Obama



ABŞ-ın 44-cü prezidentinin xanımı hüquq elmləri doktoru Mişel Obama bu ölkənin tarixində ilk qaradərili birinci xanımdır. Geyim və həyat tərzinə görə xanım Obama Jaklin Kennedi ilə müqaisə olunur. O, prezident iqamətgahının baxçasında ekoloji təmiz tərəvəzlər
yetişdirir. Xanım Obama Elyanora Ruzveltlə müqaisə olunur. Məhz Elyanora Ruzvelt Böyük Depressiya zamanında evinin həyətində meyvə-tərəvəzlər becərirdi.
Moza Nəsir Əl-Misned Qətərin




Qətər əmirinin ikinci xanımı Moza Nəsir Əl-Misned Qətərin təhsil və elm fondunun rəhbəridir.

Hayrünnisə Gül




Türkiyə prezidenti Abdulla Gülün xanımı, 3 oğul anasıdır. Hayrünnisə Gül xanımlar arasında özünün baş örpəkləri ilə məşhurdur.Xanım Gül heç vaxt dövlət başçısının iqamətgahına dəvət olunmur.Türkiyədə hakimiyyət və dövlət orqanlarında hicab qadağan olunub. 44 yaşlı Hayrünnisə nənə olmağı dadını çıxardır. Qızı Kübra yenicə ana olan Türkiyənin birinci xanımı nəvəsinə Bağdad mağazalarında gərəkli pal-paltar alarkən kameralarla yaxalanmışdı.

Tobeka Madiba




Ceykob Zuma çoxarvadlılığı dəstəkləyən ilk CAR prezidentidir. 8 arvadı olan prezident , fotoda xanımlarından biri- Tobeka Madiba ilə birlikdədir. Xanım Madiba sevgilisinin əhatəsində şad-xürrəm ömür sürməklə günlərini keçirir.

Mehriban Əliyeva








Mehriban Əliyeva digər birinci xanımlardan fərqli olaraq bir-başa ictimai və siyasi fəaliyyətlə məşğuldur. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan Azərbaycan - rus jurnalını təsis edib. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaçı" ordeninə layiq görülüb. 2005-ci ildə fəlsəfi elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva İSESCO-nun , UNESCO-nun xoş məramlı səfiri ,"Qızıl ürək" beynəlxalq mükafatı, Fransa prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Zərif Legionu" ordeninin zabit dərəcəsinə də layiq görülüb. Times xanım Əliyevanın Fransaya səfəri zamanı yazırdı: " Mehriban Əliyeva Dauninq Stritdə idi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, həkim, YUNESKO-nun səfiri, üç uşaq anasıdır, iki nəvəsi var. Özünü gözlə, Karla Bruni, şəhərdə cazibədar yeni birinci xanım var.Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, üç uşaq anası, iki nəvəsi olan, peşəkar həkim, jurnal təsisçisi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, xeyriyyəçi əməllərinə görə Qızıl Ürək beynəlxalq mükafatına layiq görülmüş,YUNESKO-nun xoşməramlı səfiri, 44 yaşlı Mehriban Əliyevadır. Çox söz-söhbət dolaşır ki, Sara Braun hər şeydən bezmiş ərinin imicini qaldırmaqla məşğul olur .Görəsən bu yolda o, Azərbaycanın birinci xanımının şöhrətindən yararlanmağa ümid edir?"

Raniya






İordaniya şahzadəsi-Raniya özünü əsl ərəb qadını hesab edir. Amma buna baxmayaraq qərb modellərinin bədən formasına malikdir. Xanım Raniya 4 uşaq anasıdır. 2003-cü ildə " Dünyanın Eliqantlıq şəhzadəsi" seçilən 1-ci xanım , Qeyri Hökumət Təşkilatlarından birinin rəhbəridir. O, Qadınlara ölkənin iqtisadi həyatında aktiv iştirak etməyə yardım edir və qadın iş adamlarına təkan verir. Raniya qadın və uşaqların hüquqlarının müdafiəsinə qalxan ,1-ci xanımlar sırasında liderlərdəndir.

Sandra Rudolfs






Sandra Rudolfs-Gürcüstan prezidentinin xanımıdır. Alman,rus, fransız,ingilis dillərini mükəmməl bilir. Sandra Gürcüstan vətəndaşlığını 2008-ci ildə qazanıb. Sandra Rudolfs yüksək zövqə malik xanımlar siyahısındadır. Fleyta və fortopianoda ifa etməyi çox sevən bu birinci xanım, həyat yoldaşına ilk baxışdan aşiq olub. Soxo Xeyriyyə Fondunun təsisçisidir. Hələ uşaqlıqdan Sandra yazıçı olmaq arzusunda idi.O, Ardnas Sfoleor təxəllüsü ilə hekayələrini də dərc etdirirdi.


Tarix: 11.05.2013 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...