Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyərli Qadın Kimdir?

1. Ağılını istifadə edən.
2. Nə vaxt harada necə hərəkət edəcəyini bilən.
3. İctimailiyi sırf ictimailik olsun deyə şişirtməyən.
4. Yaşadığı dövrün və ətrafının fərqində olan.
5. Əlində olanları ən yaxşı şəkildə istifadə edən.
6. Böyük yalanlardan uzaq dayanan
7. Romantik və maddi asılılıqlarını idarə altında tuta bilən
8. Ağlayaraq deyil ağılını istifadə edərək qarşı cinsin əlaqəsini təzə tutmağı bacaran.
9. Böyüdüyünün fərqində olan
10. Bir evi özü heç bir şey etməsə belə bir şəkildə nizamlı tutmağı bacaracaq qədər ətrafına sözü keçən.
11. Müstəqilliyinin hər an əlində olduğunun şüurunda olan. Amma bunu qarşısındakının üzünə əsla vurmayan.
12. Hobbiləri olan və bu mövzuda ciddi cəhdləri olan
13. Gözlərini istifadə etməyi bilən…
Fərqindəsinizmi? Gözəl qadın olmaq deyə bir maddəmiz olmadı. Niyə görəsən… !!!
Əslində cavabı sadədir!!!
Bu saydıqlarımı əhatə edən qadın onsuzda bir kişinin gözündə gözəl olmağı da bacarar.
Əhəmiyyətli olan bu nöqtələrdə qadın özünə inanmalıdır.amma onsuzda mən gözəlim bunlara ehtiyac yoxdur deyirsənsə. Ən son əlaqənin nə qədər davam etdiyinə, niyə bitdiyinə bir bax deyərəm sənə. Ehtimalla çox müdafiə edəcəyin nöqtələr vardır.

Bunlar bəhanə bilirsən elə deyilmi?
Yuxarıdakı maddələri bir nəzarət etməyini təklif edərəm. Bunlardan hansı ya da hansıları əskikdir səndə?
Baxdın amma əskik tapa bilmədin… Bu dəfə qarşındakı adama baxmağını tövsiyə edərəm.
Bu dəyərlərə sahib bir qadının dəyərini bilmirsə qarşısındakı adam sənin səviyyəndə deyil.
Sənin bu müsbətlərin onun gözündə heç bir işə yaramadığı kimi əlaqənin də sonlanmasına səbəb olacaq nöqtələrdir.

Amma sevirəm nə edim?
Əvvəl özün qiymətli ol öz içində, sonra başqasının sənə dəyər verməsi inan daha asan olacaq.
Qadın əlaqəni idarə edə biləcək və kişini də buna daxil edə biləcək tutumda olmalıdır.
Bütün yükü kişiyə versə qadın yük olmağa başlar. Kişi yorular, qadını endirib qısa müddətdə olsa ona yük olmasında qorxu görməyəcəyi başqa qadınlara baxar. Buda əlaqənin bitdiyinin yazılı məzar daşıdır.
Qadin
Bir orkestr şefi qədər idarəli, amma musiqiçilərinin orada olmasını təmin edəcək qədər də sadə könüllü olmalıdır.


Tarix: 10.05.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...