Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdiyi yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?

Sevdiyi yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?
İnsanların xasiyyətinin müəyyən edilməsi ilə bağlı artıq bir neçə yazı yazılıb. Xarakteri eyni zamanda xoşladığın yemək və tərəvəzlərlə də müəyyən etmək olar. Bu yöndə aparılan araşdırmaların nəticələri də olduqca maraqlıdır.

Romantiklər şirin, eqoistlər isə turş yeyir
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır. Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat olmadan dura bilmir.
Duzlu yeməyə meyllilik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaqları ilə də fərqlənirlər. Maraqlıdır ki, şit yemək xoşlayanlar da əliaçıqlıqları ilə seçilmirlər. İstiotlu yeməkləri xoşlayanlar isə sadəlövh və səmimi olurlar. Qaynar temperamentli istiotsevərlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.

Tərəvəzsevərlər enerjili olur
Tərəvəzi sevən adamlar digərlərindən fərqli olaraq daha enerjili olurlar. Bu səbəbdən də onların zəhməti bəhrəsiz qalmır. Karyeralarını daha rahat qururlar. Biliyə yiyələnməyə can atan tərəvəzsevərlər eyni zamanda şöhrətpərəst olurlar. Sağlamlıqlarının qədrini bilən bu tip adamlar məişətdə sülhsevər olur, münaqişələrdən qaçırlar. Vegetarianlara da duzdan az istifadə etmək məsləhət görülür. Əks halda onlar müəyyən xəstəliklər qazana bilərlər.
Ayrı-ayrılıqda tərəvəzlərə simpatiya da insan xarakteri haqda informasiya daşıyır. Xiyar və yemiş xoşlayanlar cəsur və ciddi olur, təsir altına düşmürlər. Daha çox idmançı və səyyah olan bu cür kişilərin yanında qadınlar özlərini çox arxayın hiss edir. Qarşılarına qoyduqları məqsədlərə tez yetişən bu insanlarda romantizm yoxdur. Hər iki tərəvəzi xoşlayan qadınlar, adətən, yüksək vəzifələr tutsa da, ailə həyatında uşaq kimi köməksiz olurlar. Lakin belə qadının qismində kişi hər zaman özünə sadiq və yaxşı dost tapa bilər.
Pomidor sevən adamlar isə şən və fəal olurlar. Lakin onların davranışları çox vaxt münaqişələrə səbəb olur. Bu tipli kişilər emosional və tənbəl olur. Vaxtlarının çoxunu evdə keçirməyə üstünlük verirlər. Pomidorla yemişi xoşlayanlar isə sakit və təmkinli olurlar. Həmçinin gözəl əşyaları xoşlayırlar. Bu tərəvəzləri sevənlərdən, adətən, rəssam və musiqiçilər çıxır. Çatışmayan cəhətləri isə özünə vurğunluqları və eqoist olmalarıdır.

Ananası sevən insan hər bir sözünü götür-qoy edir, onunla həmfikir olmayanlardan uzaq olmağa çalışır. Etdikləri hər bir hərəkət, istifadə etdikləri hər bir əşya zövqlə seçilmiş olur.
Psixoloqlar həmçinin tərəvəzlərin xasiyyətdəki dəyişikliklərə necə təsir etməsini də müəyyən edə bilib. Belə ki, çoxlu kələm yemək insanı üzüyola, yerkökü yemək isə şikayətcil edir. Pomidor müəyyən məqsədə doğru daha çox çalışmaq həvəsi, xiyar isə diqqətsizlik yaradır. Kartof ağır xasiyyət və digərlərinin fikrlərinə dözümlülük yaradır.

Ət yeyənlər ambisiyalı, balıq sevənlər isə sakit olur

Yağlı yeyənlər isə cəld olur
Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər. Onlar eyni zamanda ambisiyalı olur. Lakin tərəf müqabili kimi daimi olmurlar və başladıqları işi çox vaxt başa çatdırmırlar. Öz istəklərini həyata keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər. Onlar, adətən, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir.

Dözümlü olmaları onlara dostları və həmkarları arasında hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir hallarda başqaları haqda açıq fikir bildirir və bununla da ilk növbədə özlərinə ziyan vururlar.
Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar. Həddən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin xətrinə dəyir.

Meyvə və giləmeyvə yeyənlər isə diqqətli olur
Meyvə və giləmeyvə sevənlər çox diqqətli olurlar. Çoxlu dostları olan belə adamlar karyera qurmağı və başqaları ilə rəqabətə girməyi xoşlamırlar. Meyvə sevərlərdə də romantizmə meyllilik var, ona görə yaradıcılıqda uğur qazana bilirlər. Bundan başqa, onlar çəkingən olur, ətrafdakıların onları başa düşməyəcəyindən ehtiyat edirlər.


Tarix: 26.05.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...