Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaqlarınızın gözəlliyinə həsr olunur

Adətən biz əllərimizin dərisinə, dırnaqlarına qayğı göstəririk. Ayaqların qayğısına qalmaq isə ikinci plana salınır. Çox nahaq.

Hələ 1906-cı ildə rahat sandal icad etmiş Konrad Birkenştok demişdir ki, "pəncə - ayağın biləyibir". Ayaqlarınıza təkcə yayda deyil, ilin hər fəslində qulluq etməlisiniz.

Sağlam və yaraşıqlı ayaqlar - sağlamlığın bir göstəricisidir. Bu həm kişilərə, həm qadınlara aiddir. Pedikür dırnaqların kəsilməsi və rənglənməsi deyil. Pedikür ayaqlara və pəncələrə qulluq sistemidir. Daimi pedikür ayaqların sağlamlığını, gözəlliyini təmin edir. Pedikürə kobud daban dərisinin yumşaldılması, yuxarı epiteliy qatının təmizlənməsi, dəriyə girmiş və deformasiya olmuş dırnaqların emalı, mozolların götürülməsi, göbələk xəstəliklərin profilaktikası, katikulların emalı aiddir. Bura həmçinin ayaqlardakı bioloji aktiv nöqtələrin massajı da aiddir. Onların stimulyasiyası zamanı orqanizmin ümumi tonusu yüksəlir. Müasir pedikür - çox rahat və komfortlu prosedurdur.

Kəsilmə pedikür

Kəsilmə pedikür klassik pedikür adlanır. Onun yüzdən çox yaşı var. Klassik manikür zamanı dırnağın ətrafındakı dəri - katikul - kəsilir. Pəncənin kobud dərisi isə xüsusi ülgüclə kəsilir. Prosedur çox ehtiyyatla edilməlidir, ki damarlar zədələnməsin. Bu üsulla pedikür evdə də rahat şəraitdə edilə bilər.

Kəsiksiz pedikür

Və ya Avropasayağı, quru, təhlükəsiz pedikür. Onun klassik pedikürdən fərqi ondadır ki, kobud dəri xüsusi mala ilə və ya pilka ilə emal edilir və sonra krem sürtdükdən sonra pambıqlı tamponla dırnağın özülünə itələnir. "Quru" pedikür zamanı dırnaqlar buxara verilmir. Kəsilmək də mümkün deyil. Lakin ilk prosedurdan sonra dırnaqlar istənilən yaraşıqda olmur. Katikul tədricən yumşalır və 8-9 seansdan sonra tamamilə kəsilir.

Calama

İndi artıq qadınlar təkcə əllərin deyil, ayaqların da dırnaqlarını calaq etmək üçün mütəxəssislərə müraciət edirlər. Bu prosedur təkcə gözəllik deyil, həm də qənaət deməkdir. Süni dırnaqlar bir aydan artıq yaraşığını itirmir və 20 dəfəyədək natural pedikürdən dözümlüdür.

Ayaqlarda calanmış dırnaqların yalnız forması dəyişdirilir. Uzunluğu isə rahat ayaqqabı geyinmək üçün toxunulmaz qalır. İndi calaq üçün akrildən və ipədkən istifadə edilir.

Akril kütlə - ağ və çəhrayı rəngli xüsusi kirşanın və mayenin qarışığıdır. Akril dırnaqları təbii dırnaqlardan seçmək mümkün deyil. Akril ilə işləmək usta üçün meye-qellə işləməkdən daha rahatdır. Akrilin bir üstünlüyü də ondan ibarətdir ki, onu xüsusi mayedə 15 dəqiqə ərzində həll etmək və sonra dırnaqdan rahat silmək mümkündür.

Odur ki, ayaqlarınıza qulluq edin. Bilmək olmaz, bəlkə fut-fetişistə rast gəldiniz. Hər şey ola bilər...


Tarix: 25.05.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...