Hər birimiz saçlarımızın gözəl, parlaq, canlı olmağını çox istəyirik. Elə isə, gəlin sizə bildiyim saç maskalarını təqdim edim.
1. 2 yumurtanın sarısının üzərinə 1 xörək qaşıgı bitki yağı əlavə edib saçın dibinə çəkirik. Maxrovka dəsmalla bağlayıb 30 dəqiqə saxladıqdan sonra yuyuruq. Bunu 1 həftə davam etdiririk.
2. Saçı şampunsuz isti suyla yuyun. Daha sonra 15 dəqiqə ərzində xörək duzuyla massaj edib 1 daha isti suyla yuyun. 1 həftədən sonra bunu hər gün təkrarlayın. Bu prosedurdan sonra saç tez uzanır.
3. 2 ampula vitamin E, 1 yumurtanın sarısı, 2 xörək qaşığı gənəgərçək yağı (bunu zeytun və ya başqa bitki yağı ilə də əvəz etmek olar) qarışdırıb saçın dibinə vururuq, 1 saat saxlayıb yuyuruq.
4. 1 yumurtanın sarısının üzərinə 3 çay qaşığı bal və yarım limonun suyunu sıxırıq. Bunları yaxşı-yaxşı qarışdırıb saçımıza vururuq və 30 dəqiqə saxlayırıq. Bu maska saçların qalınlaşmasına kömək edir.
5. 1 xörək qaşığı bal, 1 xörək qaşığı konyak, 1 xörək qaşığı ayı pəncəsi yağı (repeynaya masla), 1 yumurtanın sarısı. Bunları qarışdırıb saçın diblərinə vururuq və 2 saat saxlayırıq (əlavə olaraq 1 xörək qaşığı zeytun yağı da istifadə edə bilərsiniz). Bu maska saçın tökülməsinin qarşısını alır.
Tarix: 25.12.2012 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri