Yaxşı hal-əhval ömrü uzatmaqla yanaşı, insanın əmək fəaliyyətinə də müsbət təsir göstərir. Ancaq depressiyaya düşmüş insan haqqında bunu demək olmaz. İsrail alimləri ərinmədən hesablamışlar ki, vətəndaşların depressiyaya düşüb işə çıxmamaları,ölkə iqtisadiyyatına ildə təqribən 23,5 milyon dollar ziyan vurur. Amma depressiya təkcə cibə yox, ailədaxili mühitə də mənfi təsir göstərir. Xüsusilə də qadınların bu xoşagəlməz vəziyyətlə üzləşməsi mürəkkəb durumu daha da çətinləşdirir.
Yaxşı məlumdur ki, depressiya sosial adaptasiyanın pozulmasıyla müşayiət olunur. Bu hal xüsusilə də qadınlarda özünü daha qabarıq biruzə verir. Belə ki, kişilər depressiv vəziyyətdə emosiyalarını gizlətməyə meylli olurlar. Qadınlarda isə, əksinə, depressiya ictimai münasibətlərin daha geniş aspektini əhatə edir. Lakin depressiya güclü cinsin nümayəndələrini də möhkəm silkələyir. Çünki belə vəziyyət kişini işə münasibətini soyudur və bunun nəticəsi kimi ailə maliyyə sarıdan çətinlik çəkməyə başlayır. Ancaq qadınların depressiv vəziyyəti də ailə üzvlərinin psixoloji durumuna ciddi təhlükə yaradır. Ona görə ki, depressiya qadını uşaqlarıyla sıx təmas qurmasına mane olur. Ən əsası, depressiya ər-arvad münasibətlərinə soyuq «üzünü» göstərir.
Məlumdur ki, depressiyanın inkişaf etməsinə ər-arvad münasibətlərində baş qaldırmış problemlər də təsir edir. Bununla belə, depressiyanın ər-arvad münasibətlərinə təsiri barədə yekdil fikir yoxdur. Qeyd etmək yerinə düşərdi ki, indiyədək depressiyanın ancaq ər-arvad münasibətlərinin intim tərəfinə mənfi təsiri barədə elmiJ məlumat var idi. Sonradan aparılmış araşdırmalar nəticəsində aydınlaşdırılmışdır ki, depressiya ər-arvad münasibətlərinin bütün aspektlərinə damğasını vurur. Xüsusilə də uşaqların bu mürəkkəb vəziyyətin qurbanları olmaq təhlükəsi var. Depressiyanın tilovuna düşmüş qadının uşaqlarına lazımi səviyyədə diqət verməməsi, körpələrin psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. 8-16 yaşlı uşaqlar arasında aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, ən çox psixi disbalans anası depressiya içində çabalayanlardadır.
Bu da aylındır ki, heç kim depressiyaya düşməkdən sığortalanmamışdır. Bununla belə, psixoloqlar bildirirlər ki, depressiya düşmüş ər və ya arvad ailədə gələcəyin vətəndaşının böyüdüyünü unutmamalıdırlar. Əlbəttə, məsləhət vermək asandır, lakin hər halda uşaqlarımızı sevmək və onların qayğısına qalmaq şərəfli borcumuzdur. Odur ki, gəlin, uşaqlarımızı sevə-sevə depressiyaya qalib gələk.
Tarix: 17.05.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri