Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaq makiyajı necə edilər? Qalıcı makiyajın pik nöqtələri

Pomadanız dodaq kənarlarınızamı keçdi?

Əvvəl çubuqla keçən qisimləri təmizləyin; sonra pambıqlı çubuğun ucuna bir parça spirt batırıb ləkələri aparın, pudralayın, pomadanızı yeniləyin.

Pomadanızda qalıcılıq davamiyyəti

Pomadanızı sürmədən əvvəl dodaqlarınıza bir az spirt sürüb pudralayın. Bir qat pomada sürtün, artığımı silmək üçün iki dodağınızın arasına bir kağız dəsmal qoyub dodaqlarınızı bərk basaraq bağlayın, sonra 2.qatı tətbiq edin.

Pomadanızın rəngi dişlərinizəmi keçir?

Pis bir görünüşdür əslində, amma həlli çox asandır: pomadanızı sürtdükdən sonra baş barmağınızı ağızınıza qoyun (uşaqların barmaq əmdiyi kimi) və dodaqlarınızı möhkəmcə bağlayın. Pomadanızın çoxu barmaqlarınıza çıxacaq.

Pomadanızı diqqət mərkəzinə çevirmək üçün

Pomada rənginizə uyğun bir dodaq qələmiylə bütün dodağınızı boyaydıqdan sonra pomadanızı tətbiq edin. Daha diqqətə çarpan və təəccüblü bir rəng əldə edəcəksiniz.

Parlaq dodaqlar

Çox qalıcı olmayan dodaq parladıcılarının yerinə, dodaqlarınıza vazelin sürtün. Həm parlaqlıq daha qalıcı olacaq, həm də dodaqlarınız yazın günəşindən, qışın da soyuğundan qorunmuş olacaq.

Çox təbii bir görünüş üçün

Dodağınızın təbii qırmızısına çox yaxın bir pomada rəngi seçin. Pomadası yalnız alt dodağınıza sürtüb dodaqlarınızı bir-biri əsasdana bağlayıb möhkəm sıxın. Üst dodağınıza keçən pomadanı barmağınızın ucuyla yüngülcə silin.

Dodaqlarınıza İstədiyiniz Şəkli Verin

Dolğun Dodaqları Nazikləşdirin

Dodaqlarınızı olduğundan daha incə göstərmək istəyirsinizsə:

- Dodaq kənarlarınıza yüngülcə spirt sürtün.
- Dodaqlarınızı, pomadanıza uyğun rəngdə bir dodaq qələmiylə üst dodağınızın təbii xəttinin dərhal altından, alt dodağınızın isə dərhal üstündən çəkin.
- Dodaqlarınızın yeni xəttinə sadiq qalaraq pomadanızı sürtün. Mat pomadalar seçin. Pomadanı fırça ilə tətbiq etsəniz daha yaxşı nəticə əldə edərsiniz.

Dodaqlarınızı Dolğunlaşdırın Dodaqlarınızı olduğundan daha dolğun göstərmək istəyirsinizsə:

- Dodaqlarınızı, pomadanıza uyğun rəngdə bir dodaq qələmiylə təbii xəttinin tam üstündən çəkin.
- Dodaqlarınızın yeni xəttinə sadiq qalaraq pomadanızı sürtün. Parlaq və açıq rənglər istifadə edin. Tünd rənglər dodaq həcminizi kiçildir. Tünd rəng istifadə etmək məcburiyyətindəsənniz, dodaqlarınızın ortasına daha açıq bir rəng və ya parladıcı sürün.


Tarix: 14.05.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 203 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...