Çox təəssüf ki biz qadınlar və kişilər eyni dili danışmırıq, danışa bilmirik. Sevgilinizin, həyatyoldaşınızın sizinlə maraqlanmadığını, sizi düşünmədiyini və sizi anlamadığını düşünürsünüz. Bunu eyham edirsiniz hətta açıqca ifadə edirsiniz amma dəyişən heç bir şey olmur. Sizi anladığını ifadə edir o anda bəlkə amma baxırsınız ki dəyişən heç bir şey yoxdur. Nə gözəl bir söz, nə sevdiyini ifadə edəcək bir davranış…
Bəzən kiçik bir ışıltı görüb dərhal gözləmə içərisinə girib xəyallar qururuq. Amma bu xəyal olaraq qalır deyilmi . Qəbul edək qadınlar və kişilər fərqli varlıqlar. Həm də çox fərqli. Sevirik sevilmək, sevildiyimizi bilmək istəyirik. Haqlıyıq çox çox gözləməmiz yoxdur.
Səni sevirəm dediyimizdə mən daha çox sevirəm desin istəyirik yalnız. Amma kişilər bizim söylədiklərimizdən bizim izah etmək istədiklərimizi anlamırlar təəssüf ki,. Haqlı olaraq sevilmədiyimiz duyğusuna qapıla bilərik,. Qadınıq və bunlar bizim ən təbii haqqımızdır. Özünüzü günahlandırmayın. Əlaqənizdəki anlaşılmazlıqları ortadan qaldırıb sizi anlaması lazım olduğu mövzuları daha açıq ifadə etmək bəlkə işləri daha asanlaşdıra bilər. Ayrıca aramızda qalsın bəzən əsəbiləşib,söz atmaq da işə yaramır deyil. Heç olmasa bir müddət maraq və qorxuyla yaxınlaşa bilirlər. Özünüzdə və ya yoldaşınızda problem axtarışın həllə çatmaq üçün. Yalnız qəbul edin ki fərqliyik kişilərdən. Bəlkə istifadə etdiyiniz dil eyni amma istifadə edilən sözlər hətta davranışlar eyni mənanı ifadə etmir ikiniz üçün. Və çox təəssüf ki ortaq bir dil yoxdur.
Həlli isə yalnız qəbul etməkdir…
Tarix: 10.05.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri