Daha gözəl saçlara sahib olmaq hər kəsin xəyalıdır. Ancaq bu xəyala çata bilmək üçün bir az səy lazımdır. Yetər ki, saçlarınızın ehtiyac duyduğu baxımı düzgün şəkildə tətbiq edəsiniz, bu zaman fərqi hiss edəcəksiniz. Dəyişən mövsümlərlə birlikdə bədəninizi qorumaq üçün geyimlərinizi, dərinizi qorumaq üçün dəri baxım məhsullarınızı dəyişdirirsiniz. Eynilə bu nümunələrdə olduğu kimi saçlarınızın da qorunmağa ehtiyacı var. Hər saç, fərqli mövsümlərdə fərqli bir baxıma ehtiyac duyar. . . Çünki fərqli problemlər fərqli həllər tələb edir. . .
Günəş, ultrabənövşəyi şüalar, külək, toz, stres. Bütün bunlar gündəlik həyatımızın bir parçasıdır. Belə qaç-qov içərisində saçları qorumasaq, problemlər yarana bilər. Buna görə də hər bir problemin özünəməxsus həllini unutmamaq və onlara əməl etmək lazımdır.
Elektrikləşmə – Buna səbəb rütubətdir. Mütləq saç üçün kondisionerdən istifadə edin. Çalışın saçınızı bulaq suyu ilə yuyasınız. Bir sıra kosmetik brendlər xüsusi nəmləndirici spreylər istehsal edirlər ki, onların istifadəsi yalnız xeyrinizədir.
Tərləmə – Sözsüz ki hamımız tərləyirik, baş da istisna deyil. Toz və külək, bu situasiyanı daha da korlayır. Yağlı dəri üçün arı yapışqanından hazırlanan vasitə xeyirlidir. O, dəri piyilə qarışaraq dezinfeksiya yaradır. Yağlı saç kökləri disbalansdan xəbər verir ki, bu da saç tökülməsi ilə nəticələnir. Tərləmənin qarşısını alan inqrediyentlərdən (pıtraq, palıd, tozağacı, ayıpəncəsi) istifadəni unutmayın.
Daraq – Seyrək dişli daraqlardan istifadə edin. Belə ki, sıx dişli daraqlar quru və haçalanmış saçları tez zədələyir.
Bitki yağı – Saçların yumşalması üçün həftədə 2-3 dəfə istənilən bitki yağından istifadə edin: bir neçə damcı yağı ovcunuza yayın və saçınıza sürtün.
A vitamini – Saçlarınızı təkcə üzdən yox, daxildən də qidalandırın. A vitamini ilə zəngin olan ərzaqlar – kök, yumurtanın sarısı, kərə yağı, çaytikanı saçlara çox xeyirlidir.
Balzam – Saçların nazilməsinin qarşısını almaq üçün balzamı əvvəl yaş saça vurun, 10 dəqiqə saxladıqdan sonra şampunla yuyun.
Lak – Əgər saçınız nazikdirsə, saç lakından imtina edin. Zəif teksturalı sprey, krem və ya muslardan istifadə edin.
Solğunlaşma – Fendən imtina edin və ya sərin qurutma rejimilə qurudun. Feni saçınızdan 25 sm aralı tutun. Prosedurdan əvvəl saçınıza xüsusi vasitə vurun.
Uclar – Bəzən saç uclarında haçalanma əmələ gəlir. Haçalanmış ucları geri qaytarmaq mümkün deyil. Belə problemlə qarşılaşıldığında, saç uclarını kəsdirmək lazımdır.
Diffuzor - Uzun saçları diffuzorla (fenin iri başlığı) qurudun. Saçlar daha həcmli olacaq. Təbii buruq və ya kimyəvi burma olan saçlar isə fərqli görünüş alacaq.
Hazır maska – Xarici mühitin zərərli təsirini kompensasiya edən hazır maskalardan istifadə edin. Ondan istədiyiniz qədər yararlana bilərsiniz. Maskada olan müalicəvi komponentlər saçları bərpa edir, qoruyur və qidalandırır. Preparat baş dərisinə də yaxşı təsir edir – tonusu bərpa edir, normallaşdırır və zədələnmiş sahələri “sakitləşdirir”.
Qoruyucu sprey (lak) – Bu sprey saçları qurumaqdan qoruyur və saçın rəngini saxlayır (rənglənmiş olsalar belə). Eyni zamanda sprey saçın düzümünə də kömək edir: saçlar rahat daranır.
Təbii köməkçilər – Saçları gündəlik olaraq bitki cövhəri və həlimi ilə yaxalayın, qidalandırıcı maska qoyun, baş dərisini kənəgərçək və ya kamfora yağı ilə masaj edin.
Saçların gözəl olması üçün onlara qulluq etmək lazımdır. Necə qulluq etmək lazım olduğunu bilmirsiz???
Biz sizə kömək edərik. . .
Bunun üçün təklif etdiyimiz maskaları tətbiq etməyiniz kifayətdir.
Normal saçlar üçün. . .
100-150 qram qara çörək, bir qədər su və saçınızın tipinə görə məsləhət görülmüş bitki dəmləməsi və 1 ədəd yumurta götürün. Çörəyi suda və ya bitki dəmləməsində isladıb, sıyıq halına salın. Üzərinə yumurta əlavə edin, sonra başınızın dərisinə çəkib polietilen yaylıqla sarıyın. 15-20 dəqiqə sonra başınızı yuyub, saçlarınızı çörək məhlulu ilə yaxalayın. Nəticə çox effektli olacaq.
Çörək məhlulu: çörəyin iç hissəsini çıxarıb üzərinə qaynar su, qaynar ot həlimi tökün. 1 saat sonra süzün, 2-3 xörək qaşığı mayonez, 1 diş sarımsaq götürün. Mayonezi sürtkəcin gözündən keçirilmiş sarımsaqla qarışdırıb başınızın dərisinə çəkin. 1-2 saat sonra yuyun, saçınızın tipinə uyğun olan bitki həlimi ilə yaxalayın.
Yağlı saçlar üçün. . .
100-150 qram qara çörək, yağlı saçlar üçün 1 qədər bitki dəmləməsi, 1 yumurta ağı götürün. Çörəyi bitki dəmləməsində sıyıq halına salın. Çalınmış yumurta ağını əlavə edib başınızın dərisinə sürtün. 15-20 dəqiqə saxlayıb polietilenlə sarıyın.
Yuduqdan sonra çörək məhlulu ilə yaxalayın. Məhlulu hazırlamaq üçün 1 ədəd qara çörəyi xırdalayıb üzərinə 1 litr qaynar su əlavə edin. Su buxarında 15-20 dəqiqə saxlayın. soyudub süzün. Yağlı saçlar üçün reseptdən asılı olmayaraq, bal və xardal əlavə etmək faydalıdır.
Quru saçlar üçün. . .
100-150 qram qara çörək , üzərinə yumurta sarısı və 20 damcı gənəgərçək yağı götürün. Bu üsulda da normal və ya yağlı saçlar üçün reseptdə göstərilmiş şəkildə qara çörək sıyığı hazırlanır. Yumurta sarısı və gənəgərçək yağını sıyığa əlavə edin. qarışığı başınızın dərisınə yedizdirin. 15-20 dəqiqə sonra yuyub, çörək məhlulu ilə yaxalayın.
1 xörək qaşığı bal + 2 çay qaşığı kamfora yağı və 1 çay qaşığı limon şirəsini qarışdırın. Həftədə 3 dəfə, başınızı yumazdan 15 dəqiqə əvvəl başınıza çəkin. Hər 3 növ saç üçün məsləhət gördüyümüz reseptlərdən razı qalacağınızdan əminik.
Tarix: 24.12.2012 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 835 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri