Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgili seçərkən nələrə diqqət yetirməlisiniz?

Sevgili seçərkən nələrə diqqət yetirməli?

Bu ana qədər eşqdə heç üzüm gülmədi deyənlər üçün məncə çox gözəl və mənalı bir yazı olmuş. Buyurun :

"Məgər doğru insan deyilmiş! Necə belə bir səhv etdim, bir az daha diqqətli olsaydım belə olmazdı" deyərik deməsinə də, təkrar təkrar eyni səhvə düşər, heç olmayacaq birini seçərik. "Yenə səhv etdim. Bir daha əsla yaxşı tanımadan (!) birlikdə olmayacağam…" Bu nəqarət belə uzanar gedər. Yaxşı bəs niyə bu səhv seçkiləri edir insan, bilirsinizmi?

Baxaq niyə seçdiklərimiz "pis" çıxır, nələri görməməzlikdən gəlib, atlayırıq, nələri görməmiz lazımdır:

"Bir az amma birazca təmizliyə diqqət yetirməyən bir görünüşü var amma bəzən belə, yoxsa ümumiyyətlə cazibədar biri." Məntiq səhvi etmirik maraqlanmayın. Təmizlik mövzusuyla cazibədarlığın bir əlaqəsi yox əlbəttə. Doyurucu bir əlaqəyə duyduğumuz aclıq bizə bu məntiqsiz sözləri (bilərək) dedirdir. Biz söylədik, amma siz söyləməyin!



"Bir az çox içir sanki, amma olsun, kim içmir ki?! Həm o içməsin də kim içsin, keçirdiyi qorxunc uşaqlıq dövrünü mən yaşasaydım indiyə çoxdan spirtliydim." Sanki hər kəs əl körpə gül körpə böyümüş də, bir onun uşaqlığı pis. Aydındır ki bu adam qəlibində dayandığı kimi deyil. Göndər! Yoxsa bir daha göndərə bilməzsən.



"O son cadugər sevgilisi nələr etmiş mənim canıma!" Kim bilər sizin canınız nələr etdi o yazıq qıza. Problemi araşdırın baxaq, bəlkə özünüzə də bir pay düşər. İndiyə qədər bütün sevgililəri cadugər idi də bir sizmi mələksiniz? Şişirtməyin… Adam başdan səhvli, yaxşı bir əlaqə istinadı belə yox. Siz nəyə güvənib onunla birlikdə olacaqsınız? Bəlkə sizdən sonrakı sevgilisi də sizə cadugər deyəcək!



"Neçə yaşına gəlmiş, hələ evlənməmiş. Yəqin həyatının qadınını tapa bilməmiş. Hər kəs elə pis vəziyyətdə ki necə tapsın. Amma yaxşı olmuş, artıq birlikdə mükəmməl bir əlaqəmiz olacaq." O, bu mükəmməl əlaqələrdən hər gün yaşayır, o birisi üçün də zaman qalmırdır. Bəlkə də o yaxşı bir insandır da, layiqi ola biləcək birini tapa bilməmişdir. Yəni…



"O qədər çox işləyir ki, yaxşı bir həyatı olsun deyə. Mənə çox zaman ayıra bilmir amma məni sevdiyinə əminəm." Biz də əminik, tez-tez qatıldığı iş yığıncaqlarını belə bir yoxlayın, baxaq həqiqətən hansı "iş"lə məşğul… Həyatınızı iş yığıncaqlarından dönməsini gözləyəcəyiniz bir kişiyə həsr etmək istədiyinizdən əminsinizmi? "yooox!" Yaxşı o zaman, bu da olmadı.



"Evi çox dağınıq amma onun şəxsiyyəti elə. Olsun…" Eee, əlaqəniz boyunca artıq siz toplarsınız evini, onun da sizə ehtiyacı vardı onsuz da. Sizin də bütün istədiyiniz; "belə dağınıq bir adam tapsam da, evini yığsam" idi. Zarafat edirik əlbəttə… Bunu bir gün edəcəksiniz, iki gün edəcəksiniz, üç, dörd….



"İnsanlardan həmişə uzaq dayanmağa çalışır… Üst üstə çox zərbələr yedi aydın olan." Adam antisosyaldır!!! Siz də elə, axtardığınız da belə biriydi deyilmi? Axmaqlamayın, hər vaxt bunun tərsi xəyallar qurmaz idinizmi? Nə tez unutdunuz. Ona görə siz heç bu əlaqəyə niyyətlənməyin, pozacaqsınız.


Tarix: 11.05.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...