İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, kişilərin ən romantik yaşı 53-dür.
Araşdırmaçılar 18 və 65 yaş arasında 2 min nəfər arasında aparılan araşdırmada 51 və 55 yaş aralığındakı kişilərin 4-də 3-nün hər gün ən romantik jest hesab olunan “səni sevirəm” ifadəsini istifadə etdiyini bildiriblər.
Araşdırmaçılar 50-55 yaş arasında olan kişilərin gənc kişilərə nisbətən eşqə daha çox həvəsli olmasını və tərəf müqabillərinə sürpriz etməyi daha çox sevmələrini açıqlayıb.
Bu tip kişilərin yarısı şeir yazaraq, yarısı isə romantik həftə sonu gəzintilər təşkil edərək tərəf müqabillərinə sürpriz etməyi sevirlər.
Araşdırmaçı Cim Forvard bildirir ki, 50 yaşlarına çatan kişilər həyatın dadını bilən, təcrübəli və partnyorlarını məmnun etməkdə ustadırlar. 50 yaşlarına çatan şəxslər gəncliyində partnyorlarıyla çoxlu mübahisə etmiş, yüzlərlə səhv etmiş şəxslərdir.
Forvard xüsusi olaraq bildirir ki, 53 yaşına çatan bir kişi partnyorunu xoşbəxt etmək üçün nəyin lazım olduğunu bilən adamdır. 20-25 yaş aralığındakı kişilərin yalnız 4-də 1-i partnyorunu son zamanlarda yeməyə apardığını bildirdiyi halda, 53 yaşında olan kişilərin az qala yarısı partnyorunu tez-tez axşam yeməyinə dəvət edir.
50 yaşında olan cütlüklərin ümumiyyətlə tək yaşadığını söyləyən Forvard deyir: “Yaşlı nəsillə gənc nəsil arasındakı əhəmiyyətli fərqlərdən biri də cütlüklərin yaşlılıq dövründə bir-birlərini şişirtməyə, tərifləməyə daha çox zamanlarının olması və həftə sonları çöldə əylənmək üçün daha azad olmasıdır.
Tarix: 30.12.2012 / 12:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri