Evlilik həyatınız daha çox dostluğa bənzəyirsə, hərəkətə keçməlisiniz. Növbəti «yox» cavabını almağın 5 səbəbi var. Avsel onlarla necə mübarizə aparmaq lazım olduğunu öyrədir.
Pijama – seksin düşmənidir. Rahat və isti pijama və ya gecə köynəyi əsl «antiseksdir». Problemi həll edirik.
Klassik: Seksual penüarla əvəz edin.
Radikal: Çıxarın və heç nə geyinməyin.
Ekstremal: Pijamanı yoldaşınızın gözü qabağında cırın və ya onun cırmasına icazə verin.
Dekorasiyani dəyişin
Ehtiras və köhnəlik bir-biri ilə uyuşmur. Evdə hər şey yerli-yerində olanda seksi gözləmək lazım deyil. Nə etməli?
Klassik: Uşaqları nənəsinin yanına göndərir, qırmızı yataq dəsti alır və penüar geyinirsiniz.
Radikal: Mehmanxanada nömrə tutub orada gecələyirsiniz.
Ekstremal: Yoldaşınızın ofısinə gedərək bir dəqiqəliyə otağının qapısını kilidləyirsiniz və bir-birinizdən həzz alırsınız
Qısa giriş
Əgər yoldaşınız uzun-uzadı sığallamaqdan bezibsə və növbəti mərhələdə nəyin olacağını artıq bilirsə, seksual iştahası itə bilər. Hərəkətə keçin.
Klassik: Başlanğıcı özünüz edirsiniz, təşəbbüsü əlinizə götürürsünüz və fəal seksual mövqe tutursunuz.
Radikal: Öpüşlərdən yan duraraq 30 saniyə ərzində ildırım əlaqəsi yaradıb yatırsınız.
Ekstremal: Növbəti mərhələdən bir ay ərzində yeganə seksual səhnə kimi istifadə edirsiniz.
Oyunbazlıq
Görürsünüz ki, indi əriniz seks düşüncəsində deyil. Kompüterdə futbol, «Qurdlar vadisi» serialının növbəti seriyası, «Moto-moto» jurnalı.
Klassik: Kompüter futbolunu kompüterdə erotik oyunla əvəz edirsiniz. «Qurdlar vadisi» serialının yerinə isə hər hansı erotik filmi, «Moto-moto» jurnalının yerinə isə «Pleyboy»u qoyursunuz.
Radikal: Evə rəfiqələrinizi çağırmaqla əylənirsiniz, yəqin ki, onlar gedəndən sonra münasibətiniz daha isti olacaq.
Ekstremal: Xoşbəxtlikdən televizor və kompüter xarab olur, jurnallar cırdır və ya itir. Amma siz yataq otağında qalırsınız.
Ev işlərini kənara qoyun.
Yoldaşınız səhərə xörək hazırlamağınızı, telefonla ananızla danışmağınızı, seriala baxmağınızı və üzünüzə maska vurmanızı gözləyə bilməz. Bütün bu işləri tamamlayıb yataq otağına gələndə onun bərk yuxuda olduğunu görəcəksiniz. Situasiyanı öz xeyrinizə çevirin.
Klassik: Ev işlərini tez yerinə yetirir, telefon danışığından imtina edib yatağa tullanırsınız.
Radikal: İşinizin yarısını ərinizə tapşıraraq birlikdə yatağa girirsiniz.
Ekstremal: Bütün işinizi ərinizə yükləyərək rəfiqənizlə telefonla danışır, üzünüzə maska qoyursunuz. Yatağa ərinizdən öncə girirsiniz. O, gücsüz halda yanınıza gələndə qısa giriş maddəsinin ikinci bəndini yerinə yetirirsiniz.
Tarix: 12.05.2013 / 18:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri