Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar aşiq olmadan seks edirmi?

Seksin ashkla nə əlaqəsi var, ashkin sekslə nə əlaqəsi var? Bu sualların cavabını axtararkən, Cindy M. Meston və David M. Bussun yazdıqları "Qadınlar niyə Seks Edər?" adlı kitabın istinad verdiyi
araşdırmalar zehinimizi işıqlandırdı.
Cəmiyyətdə tez-tez deyilən "Qadınlar eşq olmazsa seks etməz", "Kişilər üçün vacib olan eşq deyil, seksdir" ifadələri görəsən dogrudurmu? Araşdırma nəticələri fərqli dünyagörüşləri təqdim edirmi? İşdə, bu mövzuya dair "Qadınlar Niyə Seks Edər?" kitabından aldigimiz məlumatlar…
Qadınlar niyə seks edir?
Bir araşdırmaya görə, qadınlar seks etmələrinə səbəb olaraq, "O adama sevgimi ifadə etmək istədim" və "Aşiq olduğumun fərqinə vardım"ı, ilk 10 səbəblərindən ikisi olaraq sıralayırlar. Eşqə çatmanın bir yolu olaraq seksden necə istifadə etdiklərini açıqlayırlar.
Bəzən seks, ümid edildiyi kimi eşq və bağlılıq gətirir. Bəzən də seks, əsl istənən sevgi yerinə keçici bir sevildiyini hiss etmə fikiri yaradir.
Araşdırmaya qatılan qadınların bir çoxu öz başına eşq deyil, başqa birinə olan eşqlərini ifadə etmək üçün seks edir.


Eşqsiz seksə açıq qadınlar hansılardir?
Bir çox qadın üçün eşqlə seks bir-birindən ayrılmaz olsa da hamısı üçün elə deyil təbii. Araşdırmalar, hansı qadınların seksdən əvvəl eşq ya da romantik əlaqə istəməyə daha az meylli olduğuna dair bir şeylər də öyrətdi. Eşqsiz seksə ən açıq qadınlar ümumiyyətlə xaricə dönük bir şəxsiyyətə sahib və yeni, egzotik yeməkləri sınamaq ya da səyahət edib başqa mədəniyyətlər görməkdən xoşlanmaq daxil, hər cür yeni təcrübəyə daha açıq olurlar.
Seksə baxışda qadın kişi fərqi
Bir çox qadın seks üçün eşqə ehtiyac duymasa ya da eşq arxasında qaçmasa da qadınlarin seksə yoldaşlıq etməsi lazım olduğuna kişilərdən daha çox inanırlar.
Meston Cinsi Psikofizyoloji Laboratoriyasında 700dən çox universitet şagirdinə, "Eşqsiz seksdə bir problem yoxdur" şərhinə qatılıb qatılmadıqları soruşuldu. Şagirdlərin təxminən yarısı Avropa, yarısıdırsa Cənub-şərq Asiya mənşəli ailələrdən gəlirdilər. Hər iki mədəni qrupda da eşqsiz seksin qəbul edilə bilər olduğunu düşünmə ehtimalının kişilərdə qadınlara müqayisəde çox daha yüksək olduğu görüldü.
Psixoloq David Schmitt və iş yoldaşları, 56 ölkəni ehtiva edən əhatəli bir araşdırmada bənzər tapıntılara çatdılar.


Tarix: 10.05.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...