Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir körpənin həsrəti... [ Müzakirə ]

Bugün istəmədən bir söhbətin şahidi oldum. Və bu balaca epizod həyatımda elə bir iz qoydu ki, saatlarla düşündüm... Saatlarla eşitdiyim sözlərin cingiltisini qulağımda duydum. Kövrəldim. Doldum... Kimlərisə günahlandırmaq, cəzalandırmaq istədim.
3 yaşını 2 gün öncə tamam edən bir körpə və mən. Körpənin ailəsi bir il öncə boşanıb və boşanmadan sonra atası bir dəfə də olsa görüşməyə, uşağını görməyə gəlməyib. Və bir də bir ildən sonra ad gününə gəlibdi. Həmin gün barədə 3 yaşlı körpənin sözləri:
Uşaq:
- Dəma mənə nə aldın?
Mən:
- mayojna
Uşaq:
- Soyaa nə aldın?
Mən:
- Heçnə. Nə istiysənki Totuşum?
Uşaq:
- İstəmiyəm heçnə. Dəma kamazıma baaaax.
Mən:
- Totuşum bunu kim aldı?
Uşaq bir neçə dəqiqə susdu. Üzümə baxdı və kövrəldi.
Yenidən mən:
- Totuşum bunu sənə kim gətirdi? Kim aldı sənə?
Uşaq biraz daha düşünüb sakitcə başını qaldırmadan:
- Ata...
Və yenidən başını aşağı saldı... Gözündən axan yaşı görməmək, onun o həsrətini hiss etməmək mümkün deyildi.
Mən:
- Totu ata kimdi?
Uşaq yenidən düşündü. Sanki böyük bir insan idi qarşımda. Üzümə elə baxdı ki, sanki elə düşünürdü ki onun atasını ondan alacam.
Mən:
- Totu ata səni hardan öpdü?
Uşaq dərindən nəfəs alıb:
- Ata mənimdi... Mənim...
Bu sözləri deyib uşaq kamazını qucaqlayıb gizləndi otağın küncündə. Sadəcə susdu bir neçə dəqiqə. Sandım ki, verdiyim sualı unudub. Lakin yanıldım.Dəqiqələr sonra uşaq yaxınlaşıb qulağıma söylədi:
- Ata məni qucaqladı, cöbəyimdən öpdü. Mən də öpdüm. Ordakı nənəni öpmədim. O pis idi, məni döyürdü. Bibinidə öpmək ommaz. Amma ata mənimdi mənim. Sonra da atama dedim ki, məni apay mamaya. Mən ivə istiyəm. Dəma ataya deyərsən mənə qakkız alar, qukku alar, mayojna alar, kamaz alar... Ataya denən məni dənizə apaysın. Mən onu çox istiyəm.
Bu sözləri eşitdikdə sanki bütün ürəyim parçalandı. Uşağı baörıma basıb sadəcə ağladım. O an o qədər insanı günahlandırdım ki. Onu bir il ərzində axtarmayan atanı o qədər qınadım ki. Və heyrətə gəldim. Ən son atasını tam bir il öncə, 2 yaşında görmüş uşaq necə də onu unutmayıb. Ona olan sevgisi, əslində onları uşaq sayırıq, qanmadıqlarını sayırıq. Lakin onlar bizdən də çox qanırlar və bütün olanlardan psixoloji travma alırlar. Sizcə bütün olanlarda kimdi günahkar? Sizcə doğrumu boşanmadan sonra bir-birinə acıq vermək üçün uşaqdan istifadə etmək? Doğrumu ata ananı gözdən salmaq üçün çalışsın, ana da atanı?


Tarix: 13.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...