Hər qadın xoşbəxt bir həyat yaşamaq üçün səy göstərir. Ekspertlər də, qadınların xoşbəxt olması üçün necə davranmaları lazım olduğu mövzusunda araşdırmalar edir.
Soyuqqanlı olun
Əlaqələrdə ən böyük problemlər, söz-söhbətdən qaynaqlanır. Bəzi şeyləri qəbul edən qadınlar, bu mövzuda rahat bir evlilik həyatı yaşayır. Əvvəlcə davaya meyilli olmayacaqsan. Əsəb əlaqələriylə sarmalanmış bir dünyada əsəbdən, gücdən, tamamilə təmizlənmiş bir əlaqə yaratmaq çox çətindir. Öz gücünü,yoldaşının dünyasına salmaga cəhd göstərəcəksən. Sevginin azalmasını da çoxalmasını da qalıcı olaraq düşünməyib, soyuqqanlı olacaqsan. Az sevdiyini hiss etdiyində daha çox sevməyə, çox sevdiyini hiss etdiyində qorxub az sevməyə çalışmayacaqsan. Hər ikisi də qadınları yorar.
Yoldaşınızın "özü" olmasına icazə verin. Sənə yaraşmayan yanlarını belə bəzən qəbul etməyi təcrübə edin. Amma bunu edərkən, sən də uyğunlaşma təmin etmək üçün öz prinsiplərindən uzaq qacma .
Dalaşarkən diqqətli olun!
Heç bir dalaşmada, əsla düzəldilməsi çətin vəziyyətlərə icazə verməyin. Yoldaşının şəxsiyyətini alçadacaq sözlərə ifadəyə yol verməyin. Sevdiyin insanla "məğlub etmək" üçün dalaşmayacaqsan. Bir insan özünü alçaldan bir əlaqəyə uzun müddət dözməz: Dözsə belə ,sən belə bir şeyə dözən birinə dözə bilməzsən. Ona görə müzakirələri, həll tapmaq üçün etməyə çalış.
O sənin həkimin deyil!
Hər vəziyyətdə güclü olduğunu yoldaşına hiss etdir. Ən ölümcül hallar xaricində heç bir hüznündə onun üzərinə yıxılma. O sənin həkimin, psixoloqun deyil, sevdiyindir. Öz dərdini mümkünsə özün həll edəcəksən. Əlbəttə problemlərini paylaşacaqsan, amma onu əsla "Mənə nə qədər dözə bilir" ilə test etmə.
Əlaqənizə ağıl qatın
"Sevgi əməkdir" cümləsi əskikdir. "Məni sev, bir-birimizi çox sevək" tərkibdə olan cümlələr mənə yapış deyib onu yormaqdır. O əməyin içinə ağıl qatacaqsan. Əlaqənin ehtiyaclarını həssas bir baxış ilə təyin etməyə cəhd göstərəcəksən. Məsələn: Onun tək qalmağa ehtiyacı varsa başına çıxıb, sevgi performansları sərgiləməyəcəksən.
Öyrənməyə açıq olun
Birlikdə yeni şeylər görməyə, öyrənməyə, yeni macəralar yaşamağa çalışacaqsan. Tənbəllik etməyəcəksən, əlaqənin enerjiyə ehtiyacı varsa, özünü bunun axışa buraxmayacaqsan. Birlikdə inkişafın yollarını tapacaqsan.
İtirmə qorxusu
Bir-birinizə bağlanıb qaldığınız anlarda dərhal kiçikdə olsa tək başına həyat məşqləri edəcəksən. Bu, əlaqəyə yeni enerji girişini təmin edəcəyi kimi, səni itirmə qorxusundan da uzaqlaşdıracaq . Sən kim olduğunu unutmamaq məcburiyyətindəsən
Unutma sən hər şeydən öncə qadınsan.boş yerə deməyiblər -Qadın böyük qüvvədir.
Tarix: 12.05.2013 / 18:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri