Qadınların iş həyatındakı yeri gün keçdikcə daha möhkəmlənir. Yəni qadınlar yavaş yavaş mən də varam!deməyi öyrənir.
Yaxşı işləyən qadın necə geyinməlidir? Bununla əlaqədar çox qəti qaydalar olmamaqla birlikdə, qadınların işlədikləri yerin yazılı ya da şifahi sözlü qaydaları ilə təyin olunur. Ya da ətrafınızda sizdən əvvəl o iş yerində işə başlamış olan qadınları araşdırmağa başlayırsınız. İşlədiyiniz yerdə sənətsəl bir fəaliyyət icra edilirsə, bir qəzet ya da jurnal işidirsə geyim mövzusu çox daha fərqli olur. Halbuki idarəçi heyətində bir qadınsınızsa, ya da bürokrat bir qadınsınızsa ya da böyük bir şirkətdə üst səviyyə bir asistentsinizsə, oda işiniz bir az daha çətin olacaq. İqtisadi şərtlərinizi də göz ardı etmədən, qəşəng ola biləcəksiniz?Budur sizə bir neçə ipucu:
- Az amma yaxşı yəni keyfiyyətli parçalara pul xərcləməlisiniz.
- Ən çox geyinəcəyiniz, bir çox paltarınız olmalı və dəstlərdə müxtəliflik yaratmaq məqsədiylə mütləq iki fərqli köynək almalısınız. Bu sizin zövqünüzə qalıb, istər şalvarlı bir sıra dət alın, istəsəniz də ətəkli bir dəst… Ətəkli seçəcəksinizsə, gün ərzində hərəkətlərinizə mane olmayacaq bir model seçməlisiniz.
- Geyimlərinizi üzərinizdə sınamadan əsla almayın. Vitrində görüb çox bəyəndiyiniz bir geyim üzərinizdə heç də xoş dayanmaya bilər.
- Seçəcəyiniz paltarların parça cinsinin sintetik deyil, sintetik qarışıqlı parçalar olmasına diqqət görstərin. Qarışıqlı parçalar büzülməyəcəyindən, xüsusilə iş səyahatlərinizdə çox işinizə yarayacaq.
- Paltarlarınızı professionallara yaraşar şəkildə seçin, ödəyəcəyiniz puldan qaçınmayın. Unutmayın, professionalca edilən bir işdə ödənən hər pula dəyər.
- Yayında sizi rahatlatdıracaq, tərlətməyəcək, qışda soyuqlamayacaq paltarlar seçin ki, hərəkət etmənizə mane yaradacaq bir vəziyyət ortaya çıxmasın.
- Hər vaxt ən bahalı paltar ən gözəl paltar deyil. Bunu unutmayın! Özünüzə yaraşan, keyfiyyətli və iş yerinizin qaydalarına ziddlik ərz etməyən paltarlar seçin.
- Paltarlarınızın rənglərini dəri rənginizə uyğun olaraq seçmənizdə böyük fayda var.
Əhəmiyyətli olan sizin paltarınızın içində özünüzü yaxşı hiss etmənizdir. Sizi narahat edən paltarlara pul ödəməkdən imtina edin.
Tarix: 12.05.2013 / 18:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri