Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhv...

Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...


Tarix: 03.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Hekayeler
loading...