Bir nəfər bərbərxanaya gəlir.Bərbər onun saçını kəsdiyi vaxt aralarında Allah haqqında söhbət düşür.Bərbər deyir:"Nə də desəniz, Allahın varlığına inanmıram". Müştəri:"Nəyə görə?". Bərbər: "Elə çıxın küçəyə baxın! Allah varsa niyə bu qədər xəstə insanlar var? Niyə bu qədər kimsəsiz uşaqlar var? Əgər o,həqiqətən də var olsaydı,onda nə qəm olardı,nə də kədər. Allah mərhəmətli olsaydı,bütün bunlara necə izn verərdi?".
Müştəri fikrə gedir.Bərbər öz işini bitirir və müştəri onun haqqını ödəyib,oranı tərk edir. O,küçəyə çıxanda orada üzütüklü,tük basmış bir adamı görür.Müştəri bərbərxanaya qayıdır,bərbərdən pəncərəyə yaxınlaşmağı xahiş edir və həmin tük basmış adamı göstərib belə deyir: "Bərbərlər mövcud deyil! ". Bunu deyib müştəri ədəblə bərbərxanadan çıxır və oradan uzaqlaşır...
Tarix: 01.12.2014 / 14:21 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Hekayeler