Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəndli və Dənizçi

Bir kəndli gəmiçilərin ucsuz-bucaqsız dənizlərdə uzaq-uzaq yerlərə səyahətə çıxmaqlarına, həyatlarını göylə dəniz arasında coşqun dalğaların ixtiyarına vermələrinə heyrət eləyir, gəmiçiləri ağılsız adlandırırdı.
Günlərin bir günü həmin kəndli sahildə rast gəldiyi bir gəmiçidən atasının harada öldüyünü soruşur.
Gəmiçi də:
- Harada olacaq, dənizdə, — deyə cavab verir.
- Yaxşı, bəs baban… Babanın atası?
- Onlar da dənizdə ölüblər.
- Yaxşı, atan da dənizdə öldü. Baban da, onun atası da dənizdə öldülər. Ancaq sən yenə də bu taxta parçalarının üstündə dənizə çıxmaqdan, bu amansız dalğaların qoynuna atılmaqdan qorxmursan, eləmi?

Dənizçi gülə-gülə soruşur:
- Yaxşı, bəs sənin atan, sənin baban harada öldülər?
- Yataqda öldülər, harada olacaq?!

Bu sözləri kəndlinin dilindən eşidəndə dənizçi deyir:
— Yaxşı, baban da, atan da yataqda ölüblər. Bəs sən hər gecə yatağa girib yatmaqdan qorxmursan? Ey, dostum, öldüyün yer əsas deyil; mühüm olanı oddur ki, insanlar namusla, vicdanla yaşadıqdan sonra inamlı adamlar, mömin bəndələr kimi bu dünyaya əlvida deyib, gözlərini yumsunlar.


Tarix: 01.12.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Maraqli Hekayeler
loading...