Şən kompaniya-3 oğlan və 3 qız Floridanın qızıl çimərliyinə istirahətə gedirdi. Onları mehriban günəş, isti qum, mavi su və gözəl səfa gözləyirdi. Onlar sevib sevilirdilər. Ətrafdakılara xoş gülüş bəxş edirdilər. İstəyirdilər ki, hamı onlar kimi xoşbəxt, sevincli olsun.
Avtobusda onlarla birlikdə bir gənc oğlan da gedirdi. O kədərli halda sanki nədənsə sıxılırdı. Qızlardan biri onun yanında əyləşdi. Bu gəncin adı Vinqo idi. Vinqo 4 il Nyu-york həbsxanasında olub, indi isə evinə qayıdır. Bu gənc qızı daha da təəccübləndirdi, bəs nə üçün o belə kədərlidir.
- Siz evlisiniz? - qız soruşdu.
Bu suala çox qəribə cavab gəldi
- Bilmirəm...
Qız təəcüblə soruşdu:
- bilmirsiniz?
Vinqo dedi:
- Bilirsiniz mən həbsxanaya düşəndə həyat yoldaşıma məktub yazdım və bildirdim ki, uzun müddət olmayacam. Əgər ona məni gözləmək çətin olarsa, əgər uşaqlar nə vaxtsa məni soruşmğa başlayarlarsa və bu ona əziyyət verəcəksə... Ümumiyyətlə əgər o çətinliyə dözə bilməyəcəksə, qoy təmiz vicdanla məni unutsun. Mən bunu başa düşərəm. "Başqa insanla ailə qur.- deyə mən ona yazdım-hətta bu haqda mənə xəbər verməyə də bilərsən".
- İndi siz evə gedirsiniz və bilmirsiniz ki, sizi nə gözləyir?
- Bəli- həyəcanla Vinqo cavab verdi. - 1 həftə əvvəl mənə bildirdilər ki, yaxşı davranışıma görə məni vaxtından əvvəl azad edirlər. Mən bu haqda ona yazdım. Mənim şəhərimə yaxınlaşanda siz böyük palıd ağacı görəcəkiniz. Mən ona yazdım ki, əgər o məni hələ də gözləyirsə və mən hələ də ona lazımamsa qoy o ağacın bir budağına sarı yaylıq bağlasın. Onda mən avtobusdan düşüb evə qayıdacam. Yox əgər o məni bir daha görmək istəmirsə qoy onda heç nə etməsin, onda mən bir daha onunla qarşılaşmamağa çalışacam.
Artıq şəhərə çatmağa az qalırdı. Bütün sərnişinlər diqqətlə yola baxırdılar. Avtobusda həyəcan artırdı. Vinqo gözlərini yumdu. Artıq 10, daha sonra 5 km qalmışdı. Və birdən... Bütün sərnişinlər yerlərindən sıçrayıb qışqırmağa, oynamağa başladılar. Pəncərədən boylanan Vanqo təəccübdən donub qalmışdı. Ağac sanki günəş şüalarına qərq olunmuş kimi parıldayırdı, hər budaq sarı yaylığa bürünmüşdü. Onlar küləyin isti nəfəsi ilə sakitcə yırğalanır, sanki uzun müddətdən sonra öz doğma ocagına qayıdan qonağı qarşılayırdılar. Vanqo sevincindən göz yaşlarını saxlaya bilmədi.
O tələsik avtobusdan düşdü və qaçamağa başladı. Oz isti ocağına, gözəl gələcəyinə və bir daha ayrılmamaq, qopmamaq üzərə sevdiyi insana qaçırdı...
Tarix: 01.12.2014 / 13:45 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Hekayeler