Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…
Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir:
— Sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
— Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq, məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
— Balu ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən 100 % əmin olduğun bir şeyə görə mübahisə etdin.
İndi de görüm hansınız daha axmaqsınız?


Tarix: 01.12.2014 / 17:50 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Maraqli Hekayeler
loading...