Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çürük almalar

Atı ilə səyahət edən bir şəxs yatan birinin açıq qalmış ağzına bir ilanın girdiyini gördü. Atını sürətlə çapdı, amma həmin şəxsə çata bilmədi. Gəlib çatanda isə ilan tam olaraq onun ağzına girmişdi.
Dərhal onu oyandırdı. Onun kefi pozulmuş və narahat olmuşdu. Ancaq itiriləcək vaxt da yox idi. Onu zorla, hətta sürüyərək bir alma ağacının altına gətirdi.
Ağacdan tökülmüş çürük almaları zorla ona yedizdirdi. O, atlının əlindəki toppuzun qorxusundan hər istədiyini məcburən edirdi. Zorla yediyi almalardan sonra sıra qaçmağa gəlmişdi. Yenə təhdid edərək " indi sıra qaçmağa gəldi. Haydı, dayanma! " dedi.
O, can qorxusu ilə qaçmağa başladı. Təbii ki, bu əsnada ürəyi bulandı və qusdu.
Sanki içi çölünə dönmüş, mədəsindəkilər olduğu kimi çölə çıxmışdı.
O şəxs qusmağı içində nəhəng bir ilanın da olduğunu görüncə birdən sevindi. O ana qədər hirsləndiyi və lənət oxuduğu atlıya min kərə təşəkkür etdi.
Mövlana yatan şəxsi qəflət yuxusunda olanlara bənzədir. Xəbərdar edən atlı isə peyğəmbərlər və vəlilərdir. İlan hər zaman pisliyi əmr edən nəfsdir. Atlının o şəxsi döyməsi, çürük alma yedizdirməsi və qaçdırması isə irşad edənin insan üçün tətbiq etdiyi tərbiyə üsuludur. Bütün bu səylərin sonunda ağızdan ilanın çıxması isə nəfsin hakimiyyətindən qurtulmaqdır.
Bütün bu çətin və acı işlərə nə üçün ehtiyac var?
Bu suala cavab olaraq Mövlananın bir cümləsi kifayətdir:
- Kal noxudun bişməsi üçün qaynar suya atılması lazımdır.
Mövlana kal noxudun yetkinləşmə hekayəsini belə anladır:
- Bax! Noxud qazanda atəşin təsiri ilə necə yuxarıya doğru sıçramağa başlayar. Qaynayarkən daima yuxarı çıxar, fəryad edər, yüzlərcə coşqunluq göstərər: " Niyə məni atəşə atıb qaynadırsan? Məni satın aldın, nə üçün məni bu hallara qoyursan? " deyər.
Noxudu bişirən qadın da çömçə ilə vurub deyər ki,: " Səni qaynadıram, amma bu mənə nifrət etməyin üçün deyil, dadlanmağın üçündür. Qida halına gəlməyin, cana qarışmağın üçündür. Yəni bu atəş imtahanı səni xor görmək üçün deyil.
Baxçada sular içdin, yaşıl və təzə hala gəldin. O su içməyin bu atəşə düşməyin üçündür. Allahın rəhməti qəzəbindən irəlidir. Onun rəhməti ilə sən imtahana düşərsən ".


Tarix: 01.12.2014 / 15:41 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Maraqli Hekayeler
loading...