Bir gün müəllim uşaqlardan soruşur:
- Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
- Çünki sakitliklərini qoruya bilmirlər - deyə uşaqlardan biri cavab verdi.
- Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? - deyə müəllim soruşdu - sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
- İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
- Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? - deyə müəllim davam etdi - onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz
Tarix: 01.12.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqli Hekayeler