Oğlum, sən indi yatmısan, mən sənə bunları sən yuxuda olan zaman deyə bilirəm. İndi sən yanağını kiçicik, toppuş əlinə söykəmisən. Mən də ki, sənin otağına gizlincə, sanki bir oğru tək girmişəm. Bir neçə dəqiqə öncə divanda əyləşib, qəzet oxuyurdum və bu an məni vicdan əzabı bürüdü. Buna dözə bilməyib, günahkar biri kimi durub sənin çarpayının yanına gəldim. Bilmək istəyirsənmi ki, mən qəzet oxuyan zaman nə düşünürdüm?
Səhər əsəbləşmişdim. Sən səhər üzünü nəm dəsmalla necə gəldi quruladığın üçün səni danlamışdım.
Ayaqqabıların da çirkli idi. Səni məcbur etdim ki, onları yaxşı-yaxşı təmizləyəsən. Sonra da sən bəzi əşyaları yerə dağıtdığın zaman sənə hirslənib, qışqırdım.
Hələ səhər yeməyində də süfrə arxasında bir çox nöqsanlarını gördüm. Yediklərini ətrafa da tökürdün, tikələri yaxşı-yaxşı çeynəmirdin, bütövcəsinə udurdun.
Daha sonra isə sən həyətə gedirdin ki, oyun oynayasan, mən isə avtobusa çatmaq üçün tələsirdim. Sən mənə baxıb, dedin ki, “yaxşı yol, atacan”. Bəs mən neylədim – sənə sərt bir baxışla və qəzəbli tonda “Belini əymə, düz saxla!” dedim.
Axşam yenə də xoşagəlməz hal oldu. Evə gələndə həyətdə gördüm ki, dostlarını toplamısan, oyun ynayırsınız. Gözlərim bir an corablarına sataşdı. Onların cırıq olduğunu gördüm, buna görə də sənə qəzəbləndim və dostlarının yanında səni də pərt elədim, sonra da onların gözü önündə sənin qolundan tutub evə apardım və dedim: bu corablar bahalıdır, geyinirsənsə ehtiyatla davranmalısan.
Daha sonra isə qəzet oxuyurdum və sən yanıma gəldin. Deyəsən dizlərim üstünə çıxmaq istəyirdin. Mən isə o an əsəbi halda sənə “Nə istəyirsən?” dedim. Sən isə heç nə demədin, boyunuma sarılıb, böyük bir sevgi ilə qucaqlayıb üzümdən öpdün və qaçdın.
İndi isə özümü çox pis hiss edirəm. Hmm...Səninlə belə rəftar edən hər hansı bir şəxs deyil, atan idi, oğlum.
25223218_Father_and_son
Bayaq, sən məni öpüb qaçanda, yerimdəcə donub qaldım, qəzet əlimdən yerə düşdü. Özümə sual verdim: axı, mənə nə olub belə? Mən səndə ancaq nöqsan tapırdım və bununla da elə düşünürdüm ki, mən səni bu yolla mükafatlandırıram! Səndən çox şey gözləyirəm. Səndən çox şey gözlədiyim üçün də ancaq nöqsanlarını görürəm. İndi başa düşürəm ki, mən səni öz dövrümün meyarlarına görə ölçür və mühakimə edirəm.
Canım balam, halbuki sənin nə gözəl xüsusiyyətlərin var. Mənim oğlumun qəlbi çox təmizdir. Bunu bu gecə anladım - gəlib, mənə isti baxışlarla baxıb, qucaqladığında, öpdüyündə. İnan ki, bu gecə mənimçün başqa heç nə əhəmiyyətli deyil. İndi çox utanıram. Çarpayının yanında diz çökmüşəm və öz-özümə danışıram. Bilirəm ki, bu dediklərimi sənə oyaq olanda desəm də anlamayacaqsan, çünki hələ balacasan.
ata oğul
Sabah hər şey tamam başqa olacaq. Mən əsl ata olacağam. Səninlə vaxt keçirəcək, səninlə oynayacam. Sən qəmlənəndə qəmlənəcək, sən güləndə güləcəyəm. Sənin bir yalnışın olduğu zaman sənə qəzəblənib, hirslənməyəcək, əkinə şirin dillə səni başa salacağam. Dilimə pis bir söz gələn zaman dilimi dişləyəcəm. Öz özümə deyəcəyəm ki, “o uşaqdır hələ!” Səndən tələblərim böyük idi, mən səni böyük bir insan kimi görürdüm, lakin sən hələ kiçik bir uşaqsan. Amma ürəyin elə böyükdür ki...
Artıq dəyişiləcəyəm, oğlum. Söz verirəm ki, dəyişiləcəyəm..
Tarix: 01.12.2014 / 13:51 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqli Hekayeler