Salavat- bir dərsdir.
Salavat - insanın hər şeyidir. Salavat tövhidin, "Lə İləhə illəllah”ın - "Allahdan başqa ibadət ediləcək məbud yoxdur” konsepsiyasının açılışıdır.
Salavat o deməkdir ki, Allahım, mən Səndən başqa heç kimə tabe deyiləm. Sən demisən Rəsula (s) və onun Əhli-beytinə (ə) bənzə, onları sev. Allahım mən "Lə İləhə illəllah” əhliyəm. Mən Sənin dediyin kəsləri sevirəm.
Salavat nübüvvət dərsidir. Peyğəmbərliyin mahiyyətini başa düşmək dərsidir. Yəni mən Sənin Elçini tanıyıram. Mən nəinki onu tanıyıram, onun mənə göstərdiyi yolu tanıyıram və sevirəm.
Salavat imamət dərsidir. Allahım, Sən ki, Rəsuldan sonra İmamlar təyin etmisən və müsəlmanları başsız qoymamısan, mən imamət dərsini anlamışam, mən bu yolu dərk etmişəm. Mən Mövlanın - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) intizarında olanlardanam.
Salavat ədl dərsidir. Ədl nədir? Ədl Allahın ədalətliliyini dərk etməkdir. Allah-Təala hər şeyi öz yerinə qoyar və hər kəsə öz qiymətini qoyar. Allahım, mən Sənin ədalətini dərk edənlərdənəm, mən Sənin ədalətinin təzahürü olan Peyğəmbər (s) və Əhli-beytinə (ə) uyğun olub, onların ardınca gedənlərdənəm.
Salavat məad dərsidir. İnsanların diriləcəyini və Qiyamət günündə əməllərinə görə sorğuya çəkiləcəyini, mükafat və cəza alacaqlarını dərk etmək dərsidir. Mən Peyğəmbər (s) və Əhli-beyti (ə) kimi bu dünyanı müvəqqəti bilib, imtahan, sınaq dövrü bilib, özümü böyük imtahana - Qiyamətə hazırlamaq istəyirəm. Harda ki, insanın Peyğəmbər və onun pak Əhli-beytindən başqa bir dayağı yoxdur. Mən indidən məadda xilas gəmisi olan Peyğəmbər (s) və Əhli-beytinin (ə) gəmisinə minmək istəyirəm.
Hədisdə ikinci məqam teşnələrə, susuzlara su çatdırmaqdır. Bu, həm fiziki, həm ruhi-mənəvi səciyyə daşıya bilir.
Üçüncü nöqtə kimi Həzrət Əlini (ə) sevmək göstərilir hədisdə. Əli ibni Əbutalibə sevgi və məhəbbət. Bu nədir? Bu odur ki, insan Əlini (ə) sevsə, haqqı sevər. Zira, Əliyə (ə) düşmən olan haqqa düşməndir. Əlini (ə) sevmək Peyğəmbəri-Əkrəmi (s) sevməkdir. Rəsulallahı (s) sevmək nədir? Yəni Allahı sevməkdir. Əli (ə) məhəbbəti nədir? Şücaətdir, dönməzlikdir, fədakarlıqdır, zülmə baş əyməməkdir, mehribanlıqdır, elmdir, şəfqətdir...
Tarix: 04.12.2014 / 10:58 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı melumatlar