Ey mərhəmətlilərin ən mərhəmətlisi olan ALLAHım! Çarəsizlərin RƏBBİ ancaq SƏNSƏN. Bizlərin RƏBBİ də
ancaq SƏNSƏN. SƏN, bizləri pis xasiyyətli, üzsüz bir düşmənin əlinə
salmayacaq qədər mərhəmət sahibisən.
ALLAHım yetər ki SƏNİN qəzəbinə uğramayaq. Nə çəksək ona
dözərik. Lakin SƏNİN əfv və bağışlamanın bunları bizə etdirməyəcək
qədər geniştir.ALLAHim! SƏNİN qəzəbinə uğramaqdan, ilahi razılığından uzaq dayanmaqdan,
SƏNİN o zülmətləri işıqlandıran və axirət işlərini yoluna qoyan İlahi
nuruna sığınarıq
ALLAHIM! SƏN razı olana qədər, əfvini diləyərik! ALLAHIM! Hər qüvvət, hər kömək ancaq SƏNİNLƏ
qaimdir! . .Amin..Amin..Amin.
(Bu dua şəfqət və mərhəmət sahibi, iki dünyanın günəşi sevimli PEYĞƏMBƏR ƏFƏNDİMİZƏ aiddir)
Allah cümləmizin dualarını qəbul etsin inşallah.
Ey Rəhman Və Rəhm Olan Allahım!..
..Sən elə rəhmət edərsən ki rəhmətinin bir cilvəsi cənnətim olar..
..Rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyimdir..
..Rəhmətinin bir damlası hər kəsin rizkina zamin olar..
..Bu quraq könülümə mərhəmətini endir..
..Bu fani ömürümü sonsuzluga doldur..
YA RƏBBİM
Mal verdiyində Səadət də ver,
Qüvvət verdiyində Ağıl da ver,
Təvazö verdiyində İzzət də ver,
İqtidar verdiyində Bəsirət də ver,
Bəla verdiyində İman da ver,
Nemət verdiyində Şükr də ver,
Gözəllik verdiyində İffət də ver,
Cəsarət verdiyində İnsaf da ver,
Çətinlik verdiyində Səbir də ver,
...AMİN. ..AMİN...AMİN...
Tarix: 03.12.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı melumatlar