Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Səhifənin cırılımağı, mühasirənin sona çatmağı

Səhifənin cırılımağı, mühasirənin sona çatmağı

Təxminən, üç ildən sonra Allahu Təala bu zülmə son verilməsini dilədi. Qureyşin liderlərindən beş şəxsin qəlbinə səhifəni cırıb, mühasirəni qaldırmaq istəyini qoydu. Ayrıca, həşəratlar göndərərək, bu səhifədəki Allah adı istisna, başqa bütün kəlmələrin yeyilməsini təmin etdi.

Mühasirəyə qarşı birləşən Qureyşin əşrafından beş nəfər bunlardır. Bu işi pozmağa qərar verən Hişam bin Amr bin Harisdir. Bu şəxs, ilk olaraq ardıcıllıqla Peyğəmbərimizin xalası Atikənin oğlu Züheyr bin Əbu Ümeyyənin yanına, sonra da Mütim bin Adiyyin yanına, sonra da Əbul-Bəhtari bin Hişamın yanına gedərək onların hər birinin embarqo altında inləyən Haşim oğulları və Muttalib oğullarına olan qohumluqlarını xatırladıb, bu zülm səhifəsinin cırılıb, baykotun qaldırılmağı istiqamətində razı saldı. Sonra yanlarına Zəma bin Əsədi də götürərək bu baykot səhifəsini cırmaq üçün bir plan hazırladılar.

Səhər vaxtı Qureyş liderlərinin Məscidi-Haramda olduğu əsnada Züheyr bəzəkli paltarlarını geyinmiş olduğu halda gəlib təvaf etdi. Sonra insanlara dönüb belə səsləndi : "Ey Məkkəlilər! hamımız istədiyimiz kimi yeyirik, geyinirik, rifah və səadət içində yaşayırıq, fəqət Haşim oğulları və Muttalib oğullarını hər şeydən məhrum edirik. Alış-veriş edə bilmirlər, onların belə aclıqdan ölmələri rəvadırmı?And içirəm ki, bu zalım razılaşma bu öldürücü səhifə cırılmadıqca mən dayana bilməyəcəyəm!"

Əbu Cəhl bu sözləri eşidəndə tez ortaya atıldı və : "Yalan deyirsən, razılaşmanı poza bilmərik!" dedi. Fəqət o yandan Zəma, Əbul-Bəhtari, Mütim və Hişam, Züheyri dəstəklədilər. Əbu Cəhlə :

"Əslində sən yalan deyirsən!" dedilər. Əbu Cəhl :

"Aydın olur ki, siz bu işi gecədən düşünmüş, bu məkan xaricində bir yerdə qərar vermisiniz." dedi.

O əsnada Əbu Talib məsciddə bir kənarda otururdu. Bu mübahisəni eşidəndə gəlib, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın bu xəbərini - "Allahın bir həşərat göndərərək "Allah" ləfzi istisna, bütün zülm ləfzlərini yediyin"i - dedi. Sonra da : Əgər Məhəmməd yalan demişdirsə, onunla sizing aranızdan çəkiləcəyəm, yox əgər doğru demişdirsə, onda siz də bizə tətbiq etdiyiniz baykot və zülmdən əl çəkərsiniz. dedi. Onlar da "oldu" dedilər.

Əbu Cəhlin sözlərindən dərhal sonra Mütim səhifəni cırmaq üçün qalxdı. Bir də nə görsün?! Həşərat səhifənin Bismikə Allahummə və Allah ləfzi istisna, bütün yazıları yemişdir! Beləcə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın əvvəlcədən xəbər verdiyi şey gerçəkləşmiş və müşriklər Allahın bu açıq möcüzəsini şəxsən gözləriylə görmüşdülər. Ancaq, bu onların zəlalət bataqlığında boğulmalarına mane olmamışdır.

Beləcə, mühasirə sona çatdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və yanındakılar Əbu Talib məhəlləsini tərk etdilər.

Qureyş heyəti Əbu Talibin yanında

Baykot andlaşmasını qalxmasından sonra vəziyyət yenə eyni gərginlik halına qayıtdı. Ancaq, aradan biriki ay keçmişdi ki, Əbu Talib xəstələndi. Xəstəliyi getdikcə artırdı. Yaşı da səksəni keçmişdi. Qureyş, onun bu xəstəlikdən qalxa bilməyəcəyini başa düşdü. Aralarında danışaraq : Əbu Talibin yanına gedib "bizimlə qardaşı oğlunun arasını düzəltsin", deyək. O ölüb gedəndən sonra ərəblərin bizi qınayıb - "Əbu Talib sağ ikən qardaşı oğluna bir şey edə bilmədilər, öldükdən sonra ağrısını çıxardılar" demələrindən qorxuruq dedilər. Əbu Talibin yanına gəlib : O bizə ilişməsin, biz də ona ilişməyək şəklindəki təkliflərini ərz etdilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə buyurdu : "Ey əmican! Mən onlardan təkcə bir söz istəyirəm. o sözü verərlərsə, ərəblər onlara tabe olar, əcəmilər onların dininə bağlanar."

Müşriklər həyəcanlanıb "yalnız bir kəliməmi?" deyə soruşdular. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) :

"Allahdan başqa ilah yoxdur" deyin və Allahdan başqa ibadət etdiklərinizi qırıb atın.- buyurdu.

Müşriklər bu sözdən heç xoşlanmadılar. Qəzəbli bir halda yığışıb oradan ayrıldılar. Belə deyirdilər :

«O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir.» (Sad / 5)


Tarix: 03.05.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar
loading...