Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən Qiymətli

Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: "Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm", - dedi, - "ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?.."


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar
loading...