Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan gəldi,xoş gəldi

Ramazan ayı başlayır
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
(Əl Bəqərə surəsi, 183-cü ayə)

Müqəddəs Ramazan ayının başlanmasına 10 gündən də az vaxt qaldı. İslam dinində ən mühüm təqvimlərdən hesab olunan “11 ayın sultanı” adlanan Ramazan ayı müsəlman təqvimində ilin aylarından biri olmaqla yanaşı, ibadət ayıdır. Bu ay ərzində müsəlmanlar gün ərzində şəriətin qadağan etdiyi əməllərdən çəkinməklə ibadət edirlər. Oruc tutmaqla bağlı İslamın müqəddəs kitabı Quranda bir sıra ayələr mövcuddur. Bu ayələrdə orucun qaydaları, zamanı və faydaları qeyd olunur.

“(Oruc tutnmaq) sanyı münəynyən olan (bir ay) günnlərndir. (Bu günnlərndə) sizndən xəsntə və ya sənfərndə olannlar tutnmandınğı günnlər qəndər başnqa günnlərndə oruc tutnmanlındırnlar. Oruc tutnmanğa tanqənti olnmanyannlar isə (hər günnün əvənzinndə) bir yoxnsunlu doyndunrancaq qəndər fidnyə vernmənlıdirnlər. Hər kəs könnülnlü xenyir iş gönrərnsə (həm oruc tuntub, həm də fidnyə venrərnsə), bu onun üçün danha yaxnşı olar. Bilnsənniz oruc tutnmaq sızin üçün nə qəndər xenyirnlıdir!” (Bəqərə surəsi, ayə 184).
Oruc tutmaq İslama qədərki səmavi dinlərdə də mövcud olub. Allah üçün, Ona yaxın olmaq, bəndəlik vəzifələrini icra etmək məqsədi ilə ac qalmaq və digər bir sıra gündəlik əməllərdən çəkinmək səmavi dinlərdə əsas ibadətlərdən biridir. Ramazan ayı bayramı hicrətin 2-ci ilindən qeyd olunmağa başlayır. İmam Əli (ə) buyurur ki, “Oruc, qul ilə Yaradanı arasında bir ibadətdir, Allahdan başqa kimsə onu bilə bilməz”.

Orucun faydası

Oruc tutmaq insanı Allaha daha da yaxınlaşdırır. Bir ay boyunca imanlı müsəlman Allah üçün dan yeri ağarandan axşam vaxtına qədər ac, susuz qalır, eləcə də adi günlərdə edə bildiyi bir sıra gündəlik işlərdən imtina edir. Eyni zamanda oruc tutan insan ac və susuz qalmanı praktiki olaraq yaşayır və ehtiyaclı insanlara qarşı təbii bir mərhəmət hissi yaşayır, ona səbri aşılayır. İslam Peyğəmbəri (s.ə.s) buyurur: “Bu aydakı aclıq və susuzluqla qiyamət gününün aclıq və susuzluğunu yad edin”. Oruc tutmaq insanı sağlamlaşdırır. Həzrət Məhəmməd (s.ə.s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”.
Oruc tutmağın hökmləri

Oruc insanın Allah-Təalanın əmrini yerinə yetirməsi üçün sübh azanından şam azanına qədər orucu batil edən aşağıda qeyd olunan 9 əməldən özünü çəkindirməsidir.

1.Yemək-içmək;
2. Cima (cinsi əlaqə);
3. İstimna (onanizm, bu iş hər bir halda haramdır);
4. Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinləri olan 12 İmama (ə) yalandan istinad etmək (yəni onların adından yalandan hədis danışmaq və s.);
5. Qatı tozun (un, qum və s. tozların) boğaza düşməsi;
6. Başı tamamilə suya salmaq (hamamda duş altında çimmək bu məsələyə aid deyil);
7. Əgər boynunda cənabət, heyz, nifas və s. qüsllar varsa, sübh azanınadək qüsl alıb paklanmamaq.
8. Maye ilə imalə etmək;
9. Qusmaq (qəsdən özünü qusmağa məcbur etmək).

Oruc tutana məsləhət bilinməyən işlər

1. Gözə dərman tökmək və sürmə çəkmək, o şərtlə ki, onun dadı və iyi boğaza çatsın;
2. Qan almaq və hamama getmək kimi insanın zəifləməsinə səbəb olan işlər;
3. Burunotu çəkmək;
4. Ətirli bitkilər iyləmək;
5. Qadının suda oturması;
6. Fitil işlətmək (qadınlara aiddir);
7. Bədəndə olan paltarı islatmaq;
8. Diş çəkdirmək;
9. Yaş çöplə dişləri təmizləmək;
10. Ehtiyac olmadan ağızı su ilə yaxalamaq;

İftar duası

İftar açdıqda bu dua oxunur: “Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li”.
Tərcüməsi belədir:
“Ey mehriban Allah! Sənin əmrinlə oruc tutub və Sənin verdiyin halal ruzi ilə iftar edirəm, Sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi, mənim günahlarımı bağışlayıb mənə rəhm et!”.
Ramazan ayı ərzində mühüm təqvimlərdən biri də Qədr gecələridir. İslam mənbələrinə görə, Qurani-Kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Mötəbər rəvayətlərə görə, Qədr gecələri (əhya axşamları) mübarək Ramazan ayının 19, 21,23 və 27-ci gecələr Qədr gecələridir. Ancaq ümumiyyətlə, bir çox müsəlmanlar Ramazan ayının son 10 gününü oyaq qalaraq ibadətdə keçirirlər.
Həzrət Məhəmməd Ramazan ayının başlanması ilə bağlı söylədiyi məşhur çıxışda buyurur: “Ey insanlar! Həqiqətən bu ayda Cənnət qapıları açıqdır. Allahdan qapılarını sizin üçün bağlanmamasını diləyin. Bu ayda Cəhənnəm qapıları bağlıdır. Allahdan Cəhənnəm qapılarının sizin üzünüzə açılmamasını diləyin. Bu ayda şeytanlar zəncirlənmiş olarlar. Dua edin ki, Allah onların şərindən sizi uzaq etsin”.

Ramazanın başlanmasını necə müəyyən etməli?

Məlum olduğu kimi, Günəş təqvimi ilə Ay təqvimi arasında il ərzində on gün fərq olur. Bu səbəbdən Hicri Qəməri (ay) təqvimində ilin günlərinin sayı hazırda istifadə etdiyimiz günəş təqvimindəki ilin günlərindən 10 gün azdır. Bu isə miladi təqvimlə müqayisədə hər il Hicri-Qəməri təqviminin günlərinin geriyə çəkilməsi ilə müşayiət olunur.
Hesablamalara əsasən, bu il Ramazan ayı miladi təqvimlə iyulun 20-də daxil olacaq. Ancaq İslam şəriətinə əsasən, bu müəyyən qədər şərti hesab olunur. Çünki yeni ayın daxil olması şəriətin qəbul etdiyi şərtlərlə sübut olunmalıdır. Yəni yeni doğan ay görünməlidir. Bunu hər bir insan özünün, etibar etdiyi şəxslərin, həmçinin iki ədalətli insanın görməsi, o cümlədən əvvəlki ayın daxil olmasından 30 gün keçməsi (ay təqvimində ayın günləri 30 olur) və nəhayət, şəriət hakiminin rəyi təsdiqləyir.
Ancaq bu məsələdə İslam cərəyanları arasında fikir ayrılıqları var. Ayın daxil olmasını şəriətin hökmlərinə əsasən bəlirlənməsi, yaxud da texnoloji hesablamalar əsasında müəyyən ounması kimi iki fikir mövcuddur. Ancaq hər iki rəy arasında ciddi fərqlər mövcud deyil. Bu baxımdan İslam dünyasında Ramazan ayı kiçik istisnalarla yekdil qeyd olunur.
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (”Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz".

Ramazan bayramınız mübarek olsun,dualarınız qəbul olunsun!AMİN!


Tarix: 03.12.2014 / 16:28 Müəllif: Aziza Baxılıb: 235 Bölmə: Maraqlı melumatlar
loading...