KƏLAMLAR
Palma ağacı altında yatan Məhəmməd peyğəmbər qəfildən oyanır, başının üstündə qılınc oynadan düşməni Dyuturu görür. Dyutur qışqırır:”Aha, Məhəmməd, indi səni ölümdən kim xilas edəcək,” Məhəmməd peyğəmbər: “ Allah”, - deyə cavab verir. Dyutur qılıncı aşağı salır. Məhəmməd peyğəmbər cəld qılıncı götürür və eyni ahənglə qışqırır: “ Hə, Dyutur, indi səni ölümdən kim xilas edəcək,” Dyutur “ Heç kim” – deyə cavab verir. “ Yaxşı bil, səni elə həmin Allah xilas edəcək” – deyə Məhəmməd peyğəmbər qılıncı ona qaytarır. Və bunnan sonra Dyutur peyğəmbərin ən sədaqətli dostlarından birinə çevrilir.
*****
Ya Rəbbim! Səni, eləcə də kimi sevirsənə onu sevməyim üçün mənə məhəbbət bağışla;elə et ki, mən sənin məhəbbətinlə işlər görə bilim: elə et ki, sənin məhəbbətin mənə özümdən, ailəmdən və var-dövlətimdən daha qiymətli olsun.
*****
İnsanlara acı və xoşa gəlməz olsa da, həqiqəti deyin.
*****
Məhəmməd peyğəmbər demişdi: “ Zalım və ya məzlum olmasına fərq qoymadan müsəlman qardaşına kömək et”. Peyğəmbərdən soruşublar “ əgər o zalımdırsa biz ona necə kömək edə bilərik?”. Məhəmməd peyğəmbər cavab vermişdir: “ Zülmkara zülümdən qorunmaqda kömək et”.
*****
Allah dedi: “ Yaxşı iş görən, istədiyim adama mən onqat yaxşılıq edərəm; yamanlıq edənlər isə əgər mən onları bağışlamasam, eyni miqdarda əvəz alacaqlar; və kim mənə bir qarış yaxınlasmaq istəsə mən ona bir qulac, kim bir qulac yaxınlaşmaq istəsə, mən ona tərəf qaçaram; mənə itaət edən günahlar işləmiş adam hüzuruma gəlsə, onu bağışlamağa hazır duraram”.
*****
İlahi! Həyatımda məni yoxsulluqda saxla və izin ver yoxsulluq içində ölüm.
*****
Kim öz əməyi ilə qazandığı az gəlirlə başqasına çox yardım göstərirsə - bu, Allahın mərhəmətinə layiq xeyirxahlıqdır.
*****
Heç kəs Allah xətrinə olduğu acı sözdən yaxşı içki içməyib.
*****
Özünə arzuladığını qardaşına da arzu etməyən adam həqiqi mömin ola bilməz.
*****
Cəhənnəm həzzlər arxasında, cənnət isə zəhmət və mərhumiyyətlər arxasında gizlənir.
*****
Allah deyir: “ Ey insan! Yalnız mənim qanunlarıma riayət etsən mənim kimi iş görmüş olarsan və deyərsən: “ Olacaq, - özü də belə olacaq”.
*****
Artıq qida və içki ilə ürəyini öldürmə.
*****
Mələklər dedilər: “ Ay Allah! Sənin yaratdıqlarının arasında daşdan bərk şey varmı?” Allah dedi: “Var, dəmir daşdan bərkdir, çünki o, daşı əzir”. Mələklər dedilər: “ Ay Allah! Sənin yaratdıqlarının arasında oddan qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, su oddan qüvvətlidir, çünki o, yanğını dayandırır və odu söndürür”. Onda mələklər dedilər: “ Ay Allah, bəs yaratdıqlarının arasında sudan qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, külək sudan qüvvətlidir – o, suyu dalğalandırır və qovur”. Onlar dedilər: “Ay Allah! Sənnin yaratdıqlarının arasında küləkdən qüvvətli bir şey varmı?” Allah dedi: “ Var, Adəmin xeyirxah uşaqları; sağ əlin verdiyini sol əldən gizlədənlər hər şeyə qalib gələcəklər”.
*****
Allah deyir: Mən heç kimə məlum olmayan bir xəzinə idim. Məlum olmağı istədim və ona görə insanı yaratdım”.
*****
Heç kəsin dalınca danışma. Əgər biri sənin dalınca danışır və eyibini göstərirsə, sən o adamda bildiyin nöqsanların üstünü açma.
*****
Nə qanunidirsə, - aydındır. Və qanuni deyilsə, o da aydındır; lakin bu və ya başkaları arasında şübhə doğuranlar da var. Nə vaxt sənə belə şübhəli şey rast gəlsə, özünü saxla və heç nə eləmə.
*****
Kim Allahın yaratdığına lütfkardırsa, Allah da ona mərhəmətlidir; odur ki, yer üzündə həm xeyirxah, həm də qəddar adama qarşı lütfkar ol,- qəddar adama qarşı lütfkar olmaq – onu şərdən çəkindirməkdir.
*****
Ən ali inam nədən ibarətdir? – Sualına Məhəmməd peyğəmbər belə cavab vermişdir: “ Ozünə arzu etdiklərinin hamısını başkalarına arzula ki, onlar həmin şeyləri sənə arzu etsinlər və özünə istəmədiklərini başkalarına arzulama”.
*****
Hər bir mömin müsəlman səadətini sınamaq istəyəndə gərək onun səlahiyyətində olmayanları nəzərə almayasan.
*****
Allah yanları divarlı, üstünə pərdə çəkilmiş açıq darvazalı düz yol yaratdı... Bu yolun başlanğıcında duran icraçı deyir: “ Yolla düz gedin və heç yerə dönməyin”. Ondan yuxarıda duran isə bütün qapıya doğru yönələnlərə başqa sözlər deyir: “ Keçməyin, keçsəniz şübhəsiz ki, yıxılacaqsınız”. Və bu yol həyat yoludur; ona açılan darvazalar Allahın qadağa etdiyi işlərdir. Qapılar ötən pərdələr Allah tərəfindən qoyulan sərhədləridir; birinci icraçı Allahın sözüdür, ikinci isə hər bir mömin ürəyində Allahın özüdür”.
*****
Sədəqə vermək hər bir möminin borcudur. Onun üçün vəsait tapmayan qoy xeyir işlər görsün və yamanlıq etməkdən çəkinsin, bu da onun sədəqəsi olacaq.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar