Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sehabeler Haqqda.taniyin!

Salam aleykum.bugunleri size etrafli Peygemberin yaninda duran vefasiz sehabelerin melumatlarini verecemki taniyin kimler nece olub.tam etrafli.

1 ) XANIMLAR XANIMI FATIMEYI-ZƏHRANIN (S.Ə.) BAŞINA GƏTIRILƏN MÜSIBƏTLƏR SILSILƏSINDƏN. (BIRINCI HISSƏ)
1. Məsudi “İsbatul Vəsiyyə” kitabının 142-ci səhifəsində yazır:
“Onlar (Peyğəmbərin (s.)) evinə hücum vaxtı, bütün aləmlərin qadınlarının seyyidəsi Fatiməni (ə.) qapı arasında elə sıxdılar ki, Muhsin adlı oğlu siqt oldu (yəni ana bətnindən ölü olaraq düşdü).”
2. Şəhristani “Əl-Miləl vən-nihəl” kitabının I cildi, 57-ci səhifəsində, Beyrut çapında yazır: “(Əbu Bəkrə) beyət günü Ömər Fatiməyə (ə.) elə bir zərbə vurdu ki, bətnindəki uşağını (körpəsini) ölü saldı.”
3. Səfdi “Əl-vafi bil-vəfiyat” kitabının 6-cı cildinin, 17-ci səhifəsində yazır: Nizam Mötəzili (adlı əhli-sünnə alimi) mötəqiddir (etiqadı, inamı var) ki, Ömər (Əbu Bəkrə) beyət günü Fatiməni (ə.) elə vurdu ki, (oğlu) Muhsini siqt elədi (ölü olaraq saldı).
4. Səfər-Aini “Əl-Fərq Beynəl Fərq” kitabının 107-ci səhifəsində yuxarıdakı cümlələrə oxşayan cümlələr yazmışdır.
5. Zəhəbi “Mizanul-İtidal” kitabının I cildinin, 139-cu səhifəsində yazır: “İnnə Umərə Rafəsə Fatimətə hətta əsqatət bi Musini” - “Həqiqətən Ömər Fatiməyə təpiklə (qarnına) elə bir zərbə vurdu ki, o (oğlu) Muhsini siqt elədi (ölü saldı)”
6. Həməvi Cuvəyni Əş-Şafei “fəraidus-səmtəyn” kitabının 2-ci cildinin, 35-ci səhifəsində İbn Abbasdan nəql edir ki, Allahın Rəsulu (s.a.a.) buyurmuşdur: “Həqiqətən (qabaqcadan) görürəm ki, məndən sonra qızım Fatimənin (ə.) evinə qəm və qüssə dolacaqdır, ona hörmətsizlik ediləcək, haqqı qəsb olancaq, irsdən məhrum ediləcək və böyrü (qabırğası) qırılacaqdır və belə nida edəcəkdir: Ya Muhəmmədah (ey atam Muhəmməd (s.) dada yet)”
7. İbn Əbil-Hədid Mutəzili “Şərhu Nəhcul Bəlağə” kitabının 14-cü cildinin 92-ci səhifəsində, Beyrut çapında yazmışdır:
Hibar ibn Əsvəd adlı müşrik Peyğəmbərin (s.) rəbibəsi olan (yəni Xədicə xanımın (ə.) bacısı Halənin qızları Zeynəb və Ruqayyə ki, xalası Xədicə Xanımın (ə.) himayəsində olublar) Zeynəbin dəvəsini ki, Məkkədən Mədinəyə hərəkət edirdi, təqib etdilər (ardınca gəldilər, qovdular). Hibar Zeynəbin dəvəsinə yaxınlaşan zaman, nizəsini onun gəcavəsinə atdı. Hamilə olan Zeynəb çox qorxdu və Mədinəyə yetişdikdə uşağını siq elədi (ölü saldı). Bu səbəbdən Peyğəmbər (s.) əmr verdi ki, Hibarı harda görsəniz öldürün.”
İbn Əbil Hədid deyir ki, bu hadisəni müəllimim Əbu Cəfər Nəqibə danışdım. Ustadım dedi ki, Peyğəmbər (s.) ki, Zeynəbin siqt olmuş uşağına görə Hibarın qanını halal etmişsə, heç şübhəsiz ki, Fatimənin (s.) uşağı siqt olan zaman sağ olsaydı eyni fətvanı verərdi.” (yəni Ömərin (l.ə.) ölüm əmrini verərdi)
Qeyd: Ayılın ey özlərini əhli-sünnə adlandıran eh əhli-ömər. And olsun ki, qıldığınız namazlarda Allahdan istəsəniz, sizə haqq yolunu getməyi nəsib edər, amma siz inadkarlıq edib istəmirsiniz və bilin ki, tezliklə bu təəssübkeşliyinizin və inadkarlığınızın hesabını verəcəksiniz.
2 ) XANIMLAR XANIMI FATIMEYI-ZƏHRANIN (S.Ə.) BAŞINA GƏTIRILƏN MÜSIBƏTLƏR SILSILƏSINDƏN. (İKİNCİ HISSƏ)
1. Ömər Fatimənin (ə.) evinə tərəf getdi və dedi: “Ey Peyğəmbərin qızı: Allaha and olsun ki, heç kim bizim yanımızda sənin atandan daha sevimli deyildir və atandan sonra isə heç kəs bizim yanımızda səndən daha sevimli deyildir. Allaha and olsun! Bu məhəbbət mənə mane olmayacaq ki, yanına cəm edib topladığın şəxslərə görə göstəriş verim ki, evi yandırsınlar” (Sənəd: İbn Əbi Şeybə (vəfatı 235 h.q.) “Musənnəf” kitabı, c.7,səh.432, hədis 450,370);
2. “Əbu Bəkr Öməri Əlinin (ə.) evinə toplaşanların ardınca göndərdi. Onlar evdən bayıra çıxmağa etiraz etdilər. Bu vaxt Ömər göstəriş verdi ki, odun gətirin. Sonra evin içindəkilərə dedi: O kəsə and içirəm ki, Ömərin canı onun əlindədir! Gərək evdən bayıra çıxasınız, yoxsa evi içindəkilərlə birlikdə yandıracağam.” (Sənəd: İbn Quteybə (vəfatı 276 h.q.) “Əl-İmamətu vəs-siyasətu”, c.1, səh.12, Misir çapı);
3. “Əbu Bəkr Əlidən (ə.) beyət (səs) almaq üçün, ardınca bir nəfər göndərdi, amma Əli (ə.) beyət etmədi, belə olduqda Ömər əlində bir məşəl (atəş) Əlinin (ə.) evinə tərəf getdi, Fatimə (ə.) qapının arxasından ona müraciət edib dedi: Ey Xəttabı oğlu! Evimə od vurmaq istəyirsənmi? Ömər dedi: Bəli, mənim bu əməlim sənin atanın dinindən daha möhkəmdir.” (Sənəd: Bilazəri (vəfatı 279 h.q.) “Ənsabul-Əşraf” kitabı, c.1, səh.586, Misir çapı);
4. “O vaxt ki, Təlhə, Zubeyr və bir dəstə mühacir Əlinin (ə.) evində cəm olmuşdular, Ömər ibn Xəttab ora gedib dedi: Allaha and olsun ki, gərək beyət etmək üçün evdən bayıra çıxasınız, yoxsa evi sizlə birlikdə yandıracağam.” (Sənəd: Təbəi (vəfatı 310 h.q.) “Tarixul Uməmi vəl muluki”, c.2,səh.443, Beyrut çapı);
5. “Möminlərin əmiri Əli (ə.) tərəfdarlarından və şiələrindən ibarət olan bir dəstə ilə öz mənzilində cəm olmuşdular. Bu vaxt bir dəstə onun evinə həmlə edib, toplaşdıqları yerə hücum çəkdilər və evin qapısına od (atəş) vurdular və onu zor ilə evdən xaric etdilər. Və onlar qadınların seyyidəsini (Fatiməni (s.)) qapı arxasında elə sıxdılar ki, Muhsin adlı oğlunu siqt elədi (ölü saldı).” (Sənəd: Məsudi (vəfatı 346 h.q.) “İsbatul Vəsiyyə” kitabı, səh.142, Beyrut çapı);
6. “Əbu Bəkr Ömərə göstəriş verdi ki, əgər evdən bayıra çıxmaqdan üz döndərsələr, onlarla döyüşərsən. Bəs Ömər bir məşəllə Fatimənin (ə.) evinə tərəf getdi ki, evə od vursun. Bu vaxt Ömər Fatiməylə (ə.) qarşılaşdı və Fatimə (ə.) ona dedi: Ey Xəttabın oğlu, evimizə od vurmağa gəlmisənmi? Ömər dedi: Bəli, əgər Əbu Bəkrlə beyət etməsəniz, o cur ki, bütün ümmət ona beyət edib (siz də edin).” (Sənəd: İbn Əbd Rəbbih (vəfatı 328 h.q.) “İqbul Fərid” kitabı, c.3,səh.64, Misir çapı);
7. “O zaman ki, Əbu Bəkr camaatdan hədə-qorxu ilə, qılıncla və zorla beyət aldı, Öməri, Qunfuzu və bir dəstə camaatı Əli və Fatimənin evinə yolladı və Ömər odun yığdırıb evin qapısına od vurdu (yandırdı).” (Sənəd: Məqatil ibn Ətiyyə Hənəfi (vəfatı 505 h.q.) “Əl-İmamətu vəl xilafətu” kitabı, səh. 160, Beyrut çapı).
3 ) XANIMLAR XANIMI FATIMEYI-ZƏHRANIN (S.Ə.) BAŞINA GƏTIRILƏN MÜSIBƏTLƏR SILSILƏSINDƏN. (ÜÇÜNCÜ HISSƏ)
1. Şəhristani (vəfatı 548 h.q.) “Əl-Miləl Vənnihal” kitabının 1-ci cildində, 57-ci səhifədə Beyrut çapında belə deyir: “Nizam adlı alimin əqidəsi bu idi ki, deyirdi: Ömər Fatimənin evinə hücum edərkən bağırırdı: Evi içindəkilərlə birlikdə yandırın. Və bu işi o halda görürdü ki, evin içində Əlidən, Fatimədən, Həsən və Huseyndən başqası yox idi.” (Qeyd: Xətib Bağdadi adlı məhşur əhli-sünnə alimi İbrahim ibn Səyyar Əbu İshaq Nizam haqqında deyir: “Nəzər və Kəlam əhlinin böyüklərindəndir, məzhəbi (əqidədə) mutəzilidir.” (Tarixu Bağdad, c.6,səh.96))
- İbn Həcər Əsqəlani adlı məhşur əhli-sünnə alimi onun haqqında deyir: “İbrahim ibn Səyyar mutəzilə firqəsinin böyüklərindən və bacarıqlı şairlərindən idi.” (“Lisanul-Mizan” kitabı, c.1,səh.96)
2. İbn Əbil-Hədid Mutəzili (vəfatı 655 h.q.) “Şərhu Nəhcil-Bəlağə” kitabının 2-ci cildində, səhifə 56-da, Beyrut çapında, Covhəri adlı alimin dilindən yazır: “Ömər Əlinin evində cəm olub toplaşanlara tərəf getdi və onlara dedi: Canım əlində olan kəsə and içirəm ki, ya beyət etmək üçün evdən bayıra (eşiyə) çıxın (xaric olun), ya da ki evə sizinlə birlikdə od vuracağam” və həmçinin kitabın həmin səhifəsində Əbubəkr Covhərinin dilindən yazır ki: “Ömər evə od vurmaq üçün həmlə etdi ki, bu vaxt Zubeyr evdən (bayıra) çıxdı” və həmçinin “Şərhu Nəhcil Bəlağə” kitabının, 2-ci cildində, səhifə 57-də yazır: “Əbubəkr dedi: Ey Ömər və ey Xalid ibn Vəlid! Ayağa qalxın və onların toplaşdığı məkana gedin və onları yanıma gətirin. Bəs onlar Əlinin evinə tərəf getdilər, Ömər evin içinə daxil oldu, amma Xalid qapının astanasında (ağzında) durdu.”
- Zəhəbi adlı məhşur əhli-sünnə alimi ibn Əbil-Hədid haqqında yazır: “O kəlam, nəzm, nəsr və bəlağət elminin böyüklərindən idi və əqidəsi mutəzili idi.” (“Siyəru Əlamin-nubəla”, c.23, səh. 274)
Qeyd: Əbubəkr Covhəri əhli-sünnənin məhşur alimlərindəndir və “Əs-Səqifə və fədək” adlı məhşur əsərin müəllifidir.
3. İsmail İmadud-din (vəfatı 732 h.q.) “Əl-Muxtəsəru fi əxbaril-bəşər” kitabının 2-ci cildi, səhifə 156-da Misir çapında, yazır: “Əbu Bəkr Ömər ibn Xəttaba göstəriş verdi ki, Əli və onunla birlikdə olanları Fatimənin evindən xaric etsinlər. Əbu Bəkr Ömərə (bir də onu) göstəriş verdi ki, əgər evdən eşiyə çıxmaqdan boyun qaçırsalar, onlarla döyüşərsən. Bu vaxt Ömər məşəl götürüb Fatimənin evinə tərəf getdi ki, evi yandırsın. Bəs Fatimə (ə.) ona dedi: “Hara gəldiyini bilirsənmi ey Xəttabın oğlu? Gəlmisən ki, bizim evimizi yandırasanmı? Ömər dedi: Bəli, əgər Əbubəkrə beyət etməsəniz, necə ki, bütün ümmət ona beyət ediblər” (siz də beyət edin).
4. Ömər Riza Kəhalə adlı əhli-sünnənin müasir alimlərindən, “Ə-lamun-Nisa” kitabında belə yazır: “Ömər Fatimənin (ə.) evinə tərəf getdi və bağırdı (və onları evdən xaric olmağa və Əbubəkrə beyət etməyə çağırdı). Onlar evdən çıxmaqdan boyun qaçırdılar. Belə olduqda Ömər odun gətirməyi tələb etdi və dedi: And içirəm o kəsə ki, Ömərin canı onun əlindədir, ya evdən xaric olun, ya da ki, evi içindəkilərlə birlikdə yandıracağam. Bir şəxs Ömərə dedi: Ey Əbu Həfs (ey Həfsənin atası), bu evdə Fatimə də var! Ömər dedi: Evdə Fatimə də olsa (yandıracağam).”
Qeyd: Görəsən Ömərin canı kimin əlində idi, o and içərkən Allahımı nəzərdə tuturdu yoxsa ibadət etdiyi bütlərimi?
5. Əbdul Fəttah Əbdul-Məqsud adlı müasir əhli-sünnə alimlərindən, öz “Əl-İmamu Əli ibn Əbi Talib (ə.)” kitabının, 1-ci cildində, səhifə 190-da, Beyrut çapında yazır: “Bəli! Belə deyilmişdir ki, Ömər ibn Xəttab “Səqifə günündə” öz səhabələri və köməkçiləri ilə Fatimənin evinə tərəf gedərkən belə nəticəyə gəldi ki: “(Fatimənin) evini yandırmaq müsəlmanlar arasında birliyi və sakitçiliyi (əmin-amanlığı) hifz edəcək ən üctün (ən yaxşı) vasitədir.”
6. Muhəmməd Hafiz İbrahim (vəfatı 1351 h.q.) adlı əhli-sünnənin müasir məhşur şairi öz “Divanında” 1-ci cild, səhifə 82-də, Beyrut çapı, “Öməriyyə qəsidəsində” deyir:
“Ömər Əliyə dedi. Və nə böyükdür onu eşidən və necə əzəmətlidir onu deyən: Əgər beyət etməsən evini odlayacağam və qoymaram orda qalasan, baxmayaraq ki, Muhəmmədin (s.) qızı o evdədir.”
7. Suyuti deyir: O vaxt ki, camaat Əbubəkrlə beyət etdilər, Əli və Zubeyr Fatimənin evində danışığa (söhbətə) və müşavirəyə başladılar. Və bu xəbər Ömər ibn Xəttaba yetişdi və o Fatimənin evinin qapısına gəldi və dedi: Ey Allahın Rəsulunun qızı! Allaha and olsun ki, bizim yanımızda ən sevimli şəxs sənin atan olub və ondan sonra da sənsən. Amma bu məhəbbət, mənə mane olmayacaqdır ki, əgər bu şəxslər, sənin evində cəm olsalar, evini onlarla birlikdə yandırmayım. Ömər bu sözləri deyib çıxıb getdi. O vaxt ki, Əli ilə Zubeyr evə qayıtdılar. Peyğəmbərin (s.) sevimli qızı Əli və Zubeyrə dedi: Ömər mənim yanıma gəldi və and içdi ki, sizin toplantınız təkrar olsa, evi sizinlə birlikdə yandıracaq. Allaha and olsun ki, o and içdiyinə əməl edəcəkdir. (Sənəd: “Camiul-Əhadis” Suyuti, c.1,səh.267)
8. İbn Əbi Şeybə: Öz “Musənnəf” kitabında eynilə Suyutinin dediklərini qeyd etmişdir. (Sənəd: “Musənnəf”, c.2,səh.549, bab 43, Kitabul Məğazi).
9. Əhli-sünnənin Alusi adında təfsir alimi yazır: O zaman ki, camaat Əbubəkrə beyət etdilər və Əli isə beyət etmədi, belə olan halda Əbubəkr Qunfuzu Əlinin yanına göndərdi və dedi: Əlinin yanına get və ona de: Allahın Rəsulunun xəlifəsini qəbul elə. Qunfuz Əlinin yanına getdi və Əbubəkrin dediklərini ona yetirdi. Əli dedi: Nə tez öz Peyğəmbərimizin adından yalan danışdınız və mürtədd oldunuz, Allaha and olsun ki, Peyğəmbər məndən başqasını xəlifə təyin etməmişdir. Əbubəkr beyət üçün Əlinin arxasınca yenə adam yolladı və Əli yenə də qəbul etmədi. Ömər qəzəbləndi və Əlinin evinin qapısına od vurdu və evə daxil oldu. Fatimə onun qabağını kəsdi və fəryad elədi: Ey ata dadə yetir özünü, ey Allahın Rəsulu! Ömər qınında olan qılıncını yuxarı qaldırıb Fatimənin böyrünə vurdu və həmçinin qamçı ilə xanımın biləklərinə vurdu. Bu vaxt xanımın fəryadı ucaldı: Ay ata köməyimə gəl! Əli birdən yerindən qalxıb Öməri yaxaladı və onu qaldırıb yerə çırpdı, onun burnuna və boynuna möhkəm bir zərbə vurdu... (Sənəd: “Təfsir Ruhul Məani”, Alusi, c.3,səh.124)
Əziz Əhli-Beyt (ə.) sevərlər bu məzmunda sənədlər əhli-sünnə alimlərinin mötəbər kitablarında çoxdur. Yuxarıda sizin nəzərinizə çatdırdığımız sənədlərlə kifayətlənib, bəzi məhşur alimlərin adlarını və əsərlərinin adını aşağıda qeyd edirik. Onlar Xanım Fatiməyə (s.ə.) edilən zülm haqqında kitablarında qeyd etmişlərdir:
1. Muttəqi Hindi “Kənzul Əmmal” c.5,Səh.651;
2. Nəviri (Nuveyrə) “Niyahətul İrəbi fi Fununil Ədəbi” c.19,səh;
3. Səfdi “Əl-Vafi bil Vafiyat” c.17,səh.311;
4. İbn Əbdul Birr “İstiab” c.3,səh.375;
5. Yəqubi “Tarixu Yəqubi” c.2,səh.123.
Ey əhli-sünnə camaatı, bilin ki, Xanım Fatimənin (ə.) düşməni nicat tapmayacaqdır.
Və bilin ki, düşməninin tərəfini saxlayan düşməninin yolunu (əhli-sünnə, vəhhabilik, nurçuluq və sufilik yolunu) gedənlər cəhənnəmə gedəcəklər. Və bilin ki, Uca Allah bütün insanları cəhənnəm odundan qorunmağa çağırır və Uca Allah Peyğəmbəri (s.a.a.) və Əhli-Beytini (ə.) incidənlərə əzab vəd edir - (Təhrim, 6; Əhzab, 57).
Ey əhli-sünnə camaatı siz aşağıdakı ayələrdəki şəxslərsiniz:
Əraf, 30; Kəhf, 10; Muminin, 55; Zuxruf, 37; Mucadilə, 18.
Nicat tapmağa tələsin!
Əhli-Beyti (ə.) sevməyə tələsin!
Əhli-Beytin (ə.) şiəsi olmağa tələsin!
Cəhənnəmdən nicat tapmağa tələsin!
Qəlbinizdə xanım Fatiməyə (ə.s.) nifrət və onun düşmənlərinə sevgi olaraq axirətə getməkdən Allaha pənah aparın.
Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir. Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik. 1- ıbn Cərir Təbəri “Tarixul-uməmi vəl- muluk” (2/619) “....Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!” 2- Məsudi «Murəvvicuz-zəhəb» (2/194) “....Əbu Bəkr dedi:- Mənim əncam verdiyim üç işdən başqa heç bir şeydən qorxum yoxdur. ....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim” 3- Təbərani «əl-Mucəmul-kəbir» (1/62) “....Əbu Bəkr dedi:- Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar” 4- ıbn Əbil Hədid «şərhu Nəcil-bəlağə» (2/47) “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
5- Muttəqi «Hindi Kənzul-ummal» kitabul-xilafət (5/631) “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
Bu məsələni eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət alimlərinin bəzilərinə işarə edirik.
1- Dəhləvi Hindi «ızalətul-xifa» 2/29 2- Zəhəbi «Mizanul-iitidal» 2/215
3- ıbn Həcər Əsqəlani «Lisanul-mizan» 4/219 4- ıbn Quteybə Dinuri «əl-ımaməti vəs-siyasət» 1/18 5- Hafiz Əbu Ubeyd «əl-Əmval» səh. 194 Əhli sünnətin böyük alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən insaf sahibi olan hər bir insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranı yandırmaq məsələsi ona asanlıqla sübüt olar. Əbu Bəkrin etirafı məsələni malalayıb evin yandırılmasının baş vermədiyini fəqət ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə möhkəm bir cavabdır. Onlar iddia edirlər ki, ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı. Cavab:- Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman və təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi? Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik olunub.
Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»
: Fatimənin (ə) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız siələrin uydurmaları olduğunu iddia edilməsi. Bu şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız. Xatırladırıq ki, bu mənbələr əslində ərəb dilində yazılıb və Azərbaycanda çox cüzi bir kütlənin bu dili bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Amma bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur. Birinci bölmə : -Fatimənin evinə hucum və onun odlanması: Bu məsələ ətrafında əhli sünnətin kitablarında çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik. 1.“...ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl- Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr). 2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam. Orada olanlardan biri ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir? Ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (ıbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-ımamətu vəs- siyasət” 1/12 Misir nəşri). Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl- ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin “əl- ımamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir. 3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?
Ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279- cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184). 4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310- cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut). 5- «....sonra Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (hicrətin 346-cı ilində vəfat edib) “ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi). 6- “Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək siz də beyət edəsiniz......” (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir) 7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, “şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə
və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- “..... ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi” Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-“ Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı” Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-“ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”. 8- “əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156.
müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat edib). “... Sonra Əbu Bəkr ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız” 9- ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- “... ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam” 10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-ımam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. ömər bu nəticəyə yetişmdi ki,
musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur” 12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82 öməriyyə qəsidəsində) deyib:- Və qovluhu li Əliyyin qaləha Omər, Əkrim bi samiiha əəzim bi mulqiha. Hərrəqtu darəkə la əbqi ələyha biha, ınləm tubaye bə bintul Mustəfa fiha. Tərcümə: “ömər necə də Əliyə gözəl deyib, Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!” Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik: 1- “Kənzul-ummal” 5/651 müəllif: Muttəqi Hindi 2- “Nihayətul-ərib fi fununil-ədəb” 19/40 müəllif: Nuveyri 3- “əl-Vafi bil-vafiyat” 17/311 müəllif: Səfdi 4- “əl-ıstiab” 3/975 müəllif: ıbn Əbdulbir 5- “Tarix Yəqubi” 2/123 müəllif: Yəqubi Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.
Möhsin ibn Əlinin şəhadəti:
1- ıbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: “Fatimənin övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman Qunfuzun zərbəsi ilə həlak oldu” 2- Məsudi «ısbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!» 3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- “ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı” 4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun
bətnindən ziyan oldu” 5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- “Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı” 6- ısfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib. 7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)ıbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullahbuyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki,onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir” 8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul- bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn
Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər” ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi” ıbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm” Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib hadsənin baş verməsində şəkk etdiyini bildirib


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 576 Bölmə: Maraqlı melumatlar
loading...