Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Adları Və Sifətləri Ilə Təvəssül!

Allah Təala bəndələrini özünün gözəl adları ilə dua etməsinə əmr edərək buyurmuşdur-"Gözəl adlar Allaha məxsusdur.Onu bu adlarla çağırın.Və Allahın adlarında şirkə yol verənləri tərk edin.Onlar gördüyü əməllərə görə cəzalanacaqlar."(Əl-Əraf,180).
Hər bir müsəlmanın vəzifəsidir ki,Allahı bu adlarla çağırsın.
Əgər bəndə bütün xeyr və bərəkəti özündə toplayan bu adları zikr edərək öz ehtiyaclarını Allahdan istəsə,O da dualarını qəbul edər.Bu barədə bir çox səhih hədislər gəlmişdir ki,onlardan bəzilərinə burada işarə edirəm-
Tirmizi öz "Səhih"ində Abdullah bin Bureydədən o,da öz atasından belə nəql edir."Bir gün peyğəmbər bir kişinin belə dua etdiyini eşidir-"Ey mənim Allahım,Sənin birliyinə şəhadət verib Əhəd və Səməd olmağını,doğmayıb və doğulmayıb deyərək,Sənə bir kəsin oxşayıb,tayı-bərabəri olmadığını təsdiq edərək Səndən xaiş edirəm".Peyğəmbər belə buyurdu-"Artıq Allaha ən böyük adı ilə dua etdin.Hər kəs bu adla dua etsə ona cavab verilər və dilədiyi ona əta olunar."
Əhli beyt imamlarından gələn hədislərdə bu cür təvəssüllərə rast gəlmək olar-
İmam Rza (ə) öz babası imam Baqirdən belə nəql edərək buyurur ki,o,Ramazan ayında Allah Təalaya belə dua edərdi-"Ey mənim Allahım,Səni malik olduğun məqam və səltənətə and verərək xaiş edirəm,Səni yalnız Sənə məxsus olan bütün məqam,səltənət və hakimiyyətinə and verərək xaiş edirəm.Ey mənim Allahım,Səni,xaiş edən zaman verdiyin cavaba and verirəm,mənə cavab ver!"(Seyid ibn Tavus əl Hilli,"Əl iqbal")..


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar
loading...