Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dualar...

Ev işlərindən ötrü namazı buraxmamaq

Əl-Əsvəddən (A.o.r): dedi ki, “Aişədən (A.o.r): Allahın Elçisinin (s.ə.s) evdə nə etdiyini soruşdum.Belə cavab verdi:

“Evdə ailəsinin (üzvlərinin) işində iştirak edərdi. Məqsədi (ailə üzvülərinə xidmət etməkdi). Sonra namaz vaxtı gəldikdə namaza gedərdik”. Əbu Hureyrədən (A.o.r): Peyğəmbər (s.ə.s) buyurmuşdur: “(Sizdə) bir nəfər başını imamdan qabaq qaldırdıqda, Allahın onun başını uzunqulağın başı kimi etməsindən və ya Allah onun görkəmini uzunqulağın görkəminə salmasından qorxumurmu?

Yeməyi namazdan əvvəl yemək (hazırdırsa)


Hz. Aişədən (A.o.r): Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Süfrə açıldığı zaman namaz vaxtı girərsə, əvvəlcə yeməyə başlayın!”
Ənəs b. Malikdən (A.o.r): Allahın Elçisi (s.ə.s) buyurmuşdur: Yemək hazırlandığı zaman əvvəlcə ona başlayın yeməyi qoyub ( namaz və başqa məsələlər üçün) tələsməyin...”
İbn Ömərdən (A.o.r): Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər hansı biriniz süfrədə ikən, namaz başlasa belə, yeməyə olan ehtiyacını təmin edənə (doyana) qədər tələsməyin.”



Bədəndə ağrı hiss edən nə deməlidir..

Əlini bədənin ağrıyan yerinə qoyub üç dəfə ( Bismilləh) de və yeddi dəfə də...

(Əuzu billəhi və qudratihi min şerri mə əcidu və uhaziru.)..

“Duyduğum və həzər etdiyimin şərindən Allaha və Onun qüdrətinə sığınıram!”.

Söydüyün adam üçün edəcəyin dua..

(Allahummə fə əyyumə muminin səbəbtuhu fəcal zəlikə ləhu qurbətən ileykə yəuməl-qiyamət)

“Allahım! Hansı mömini söymüşəmsə, Qiyamət günü bunu onun üçün Sənə yaxınlaşdıran bir vasitə et!”..



Yağış yağması üçün edilən bəzi dualar...


(Allahummə əsqinə ğaysən muğisən, məriən, nafian ğayra darrin, acilən ğayra əcilin)
“Allah! Bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, həmən gecikdirmədən yağış endir!”...
(Allahummə əğisnə, Alllahummə əğisnə, Allahummə əğisnə)
“Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir! Allahım, bizə yağış endir!”.
(Allahummə -sqi ibadəkə və bəhaiməkə, vənşur tahmətəkə və əhyi bələdəkəlməyyitə)
“Allahım! Qullarına və heyvanlarına su ver! Mərhəmətini yay və ölü məmələkətini dirilt!”..

Yağış yağanda edilən dua:

(Allahummə sayyibən nafian)
“Allahim! Bu yağışı bol, faydalı et!”

Yağış yağandan sonra edilən zikr.
(Mutirən bi fadlilləhi və rahmatihi)
"Allahın lütfü və mərhəməti ilə bizə yağış endirldi”.


Tarix: 03.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar
loading...