Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Bir Müsəlman Bunları Bilməlidir

Müsəlmanlar Peygəmbərlərin (ə.s) adini çəkdikdən sonra ərəbcə “Səllallahu aleyhi və səlləm” cümləsini deyirlər.Yazi da isə S.A.S və ya sadəcə S.A. qeyd olunur.Mənasi “Allahin salami onun üzərində olsun”dur.Və ya qisaca hörmət mənasinda Həzrət deyə müraciət olunur.
HİCRİ TƏQVİMİ
İslam təqvimi Hicri təqvim adlanir.Hicri təqvim Məhəmməd peygəmbərin (s.ə.s) Məkkədən Mədinəyə köçdüyü vaxtdan başlayir.Hicri təqvim Hicri Şəmsi və Hicri Qəməvi deyə 2 yerə bölünür.Peygəmbərin (s.ə.s) Kəbəyə gəlişi günü,yəni 622-ci il sentyabrin 20-si Şəmsi təqvimi 622-ci il 16 iyuldan isə Hicri Qəməri təqvimin başlanir.
AŞURAYƏDƏK:
Məhərrəm ayi,Aşura günü və onun üstünlükləri:
Yalniz Məhərrəm ayinin 10-cu günü (Aşura) matəm günü kimi xüsusi olaraq qeyd edilir.

1. Məhz bu gün də İbrahim Peygəmbər (s.ə.s) anadan olub və həm də bu gün də Uca Allah tərəfindən oddan xilas olub.
2. İsa Peygəmbər (s.ə.s) bu günü göyə çəkilib.
3. Musa Peygəmbər (s.ə.s) məhz bu günü Fironun təqibindən xilas olub.
4. Eyyub Peygəmbər (s.ə.s) Allahin iradəsi ilə bu gün dəhşətli xəstəliyin caynagindan yaxasini qurtarmaga müvəffəq olub.
5. Nuh Peygəmbərin (s.ə.s) gəmisi məhz bu tarixdə Cudi dagina toxunaraq quruya çixib.
6. Yunus Peygəmbər (s.ə.s) balinanin qarnindan xilas olub.
7. Süleyman Peygəmbərə (s.ə.s) Uca Allah hökmdarligi əta edib,küləyi,cinləri,heyvanlari və quşlari ona tabe edib.
8. Yusuf Peygəmbər (s.ə.s) zindandan azad olub.
9. Yaqub Peygəmbər (s.ə.s) öz oglu ilə bu gün görüşüb.
9 gözəl hadisədən sonra
10. Məhəmməd Peygəmbərin (s.ə.s) 2 nəvəsindən biri olan imam Hüseynin (ə.s) və onun 72 nəfər əshabi Kərbala düzündə Yezid tərəfindən qətlə yetirilib.


İMAM HÜSEYN (ə.s)
Məhərrəm ayinin 10-cu günü “Aşura” adlanir.Bu söz ərəb dilində 10 rəqəmini ifadə edir.Kərbala isə İraqda bir şəhərdir.1325 il öncə məhz burada tarixin ən qanli döyüşü olan “Kərbala müsibəti” baş verib.Kərbala müsibətini anlamaq üçün ilk növbədə İmam Hüseyni (ə.s) tanimaq lazimdir.



İmam HÜSEYN (ə.s) Həzrəti Əli (ə.s) və Məhəmməd peygəmbərin (s.ə.s) qizi Hz.Fatimənin (ə.s) ikinci ogludur.Hicrinin 4-cü ili,Şaban ayinin 3-cü və ya 5-ci günü Mədinədə anadan olub.Hüseyn və onun qardaşi Həsən Məhəmməd Peygəmbərin (s.ə.s) sevimli nəvələri olub.Hz.İmam Hüseyn (ə.s) ömrünün 6 ilini babasi Peygəmbərlə keçirib.Peygəmbərin vəfatindan sonra 30 il atasi İmam Əli (ə.s) ilə yaşayaraq ömrü boyu ona dayaq olub.Onun böyük qardaşi İmam Həsən (ə.s) o vaxtlar xəlifə olan Müaviyə tərəfindən qətlə yetirildikdən sonra İmamliq 46 yaşli Hz.Hüseyn (ə.s) üzərinə düşür.Xəlifə Müaviyə öləndən sonra isə İmam Hüseynin (ə.s) müsəlmanlar arasindaki yüksək nüfuzundan çəkinərək və xəlifəliyi itirməkdən qorxan Yezid ibn Müaviyə ona qarşi mübarizə aparmaga başlayir.Belə ki,şərab içən,namaz qilmayan,kafir Yezid “Xəlifə” olandan İmam Hüseyn (ə.s) ona biyət etmir (onu müsəlmanlarin xəlifəsi kimi tanimir).İmam Hüseyn yaxşi bilirdi ki,bu mübarizənin sonu şəhidlikdir.Və o,Allahin bayragi altinda İslam ugrunda döyüşə qalxir.Beləliklə,kafir Yezid ibn Maviyə mübarək Məhərrəm ayinda 2000 döyüşçüsünü 72 piyadadan ibarət İmam Hüseynin (ə.s) düşərgəsinə hücuma yollayir.Baxmayaraq ki,bu düşərgədə İmamin və onun tərəfdarlarinin həyat yoldaşlari və uşaqlari var onu mühasirəyə alir və hətta halal sudan belə məhrum edir.1 həftədən çox susuz və yeməksiz qalmasina baxmayaraq İmam Hüseyn (ə.s) düşərgəsi diz çökmür və zalimlara qarşi mübariz olur.Burada Hz.Abbasin şücayətindən danişmamaq olmaz.Düşərgədəki uşaq və qadinlara heç olmasa su gətirmək məqsədi ilə Hz.Abbas tək başina düşmən ordusuna hücum edir və dəri xurcuna su yigir.Savaş zamani onun bədəninə onlarla ox və nizələr vurulur.Savaşda əvvəl onun sag,sonra isə sol qollarini kəsilməsinə baxmayaraq,Hz.Abbas su xurcununu öz düşərgəsinə dişlərində gətirməyə müvəffəq olur.
İmam Hüseyn (ə.s) Məhərrəm ayinin Aşurasinda bir nur kimi parillayaraq öz əshabina qüvvət və ümid verir.Savaşda o şir kimi vuruşub dəfələrlə düşmənin sayinin çox olmasina baxmayaraq onu qaçmaga vadar etmişdir.Həmin imam ki,babasi belə buyurmuşdu:
“Hüseyn hidayət çiragi və ümmətin qurtuluş gəmisidir”.
İmam Hüseyn (ə.s) ilə əshabi hicri 61-ci ilin Məhərrəm ayinin onu,şənbə günündə şəhadət şərbətini içib,gələcək nəsillərə şərəf və igidlik dərsi veriblər.

Sizcə məhərrəmlik ayında yeni ili təmtaraqlı keçirmək nə dərəcədə düzgündür?


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...