Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Peyğəmbərinin kəlamları

Allahım!!! İndi kimin harada bir çətinliyi varsa, Sən ona kömək ol..
Allahım!!! İndi kimin harada çarəsiz bir dərdi varsa, Sən ona çarə ol..
Allahım!!! İndi kim harda acıdan inləməkdədisə, Sən ona öz mərhəmətinlə yetiş..
Allahım!!! Sevdiklərimi Sən də sev və onlara baqi rahatlıq və sevinc ver..
Allahım!!! İman və əxlaqın ən gözəlini yerləşdir o sevdiyin ürəklərə..
Allahım!!! Sən Sənə ədəblə gələni geri çevirməzsən, dualarımızı salehlərin duası et..
* * *
İnsan var əlindəkinin dəyərini bilmir, insan var əlində ola-ola acgözlük edib yenə istəyir, insan da var əlində olmaya-olmaya bu halına şükür edib, kifayətlənir..
* * *
İman edənə deyil imanına sadiq olana mömin,dost olmaq istəyənə deyil,dostluğu bacarana dostum,sevənə deyil,sevgisini doğruldana sevgilim de!
* * *
Əsla özünüz olmaqdan şikayətlənməyin!..Çünki, ALLAH bu rola uyğun gördüyü ən möhtəşəm insan sizsiniz..
* * *
Məhəmməd peyğəmbər (s.a.s.):" Elə bir namaz yoxdur ki,vaxtı çatdıqda,bir mələk camaata üz tutaraq belə səslənməsin:' Ey insanlar,qalxın! Öz əməllərinizlə yandırdığınız odları öz namazlarınızla söndürün"..
* * *
Heyrət edirəm o kəsə ki, xəstəlik qorxusunu bilib yeməkdən pəhriz saxlayır, Cəhənnəm qorxusunu bilib günahdan pəhriz saxlamır..
* * *
Ölüm məhv və puç olmaq deyil, həyatın dəyişməsidir, həqiqətdə yeni bir həyatdır..
Allahın Peyğəmbəri (s): «Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır».
* * *
Allahın Peyğəmbəri (s.a.s.): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»
* * *
Sanmaki dərd tək səndə var! Səndəki dərdi nemət sayanlarda var! Hz.Məhəmməd(s.a.s)
* * *
Hz.Eli (e) : " Min qapıdan,yüz min qaladan içəri girə bilərsən də kiçik bir könüldən içəri girə bilməzsən "
* * *
Bir insan acı duya bilirsə canlıdır; Bir insan başqasının acısını hiss edə bilirsə, insandır..
* * *
Bir insan Allah rızası üçün Quran oxuduğu zaman, bir Mələk gələr və onun alnından öpər..
* * *
Ya Rəbbim "Sənə qovuşmaq necə mümkündür" deyə dua etdim...Bir nida gəldi "Nəfsindən əl çək"....
* * *
Bəzi insanlar yaşadığı çətinlikləri bəhanə edib Allah'dan uzaqlaşır..
Bəziləri də yaşadığı çətinlikləri vəsilə edib Allah'a yaxınlaşır..


Tarix: 04.06.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar
loading...