Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAM, ORTA ŞƏRQƏ SÜLHÜ GƏTİRİB – 2

Osmanlıda ədalət və insanpərvərliyi

1514-cü ildə Yavuz Sultan Səlimin Qüdsü və ətrafını fəth etməsi ilə birlikdə, Fələstində təxminən 400 il davam edəcək Osmanlı hakimiyyətibaşladı. Bu dövr, Osmanlının digər əyalətlərində olduğu kimi, Fələstində də sülhü, sabitliyi və “fərqli etiqadlarınbir yerdə yaşaması”nı təmin edəcəkdi.

Osmanlı İmperatorluğu, “millət sistemi” adı verilən bir qayda-qanunla idarə olunurdu və bu sistemin ən təməl xüsusiyyəti, fərqli etiqadlara sahib insanlara, öz etiqadlarınınvə hətta hüquqlarının tələb etdiyi şəkildə yaşamağa imkan verməsiidi. Quranda “Kitab əhli” olaraq bildirilən Xristianlar və Yəhudilər, Osmanlı torpaqlarında xoşrəftarlıq, təhlükəsizlik və azadlıq tapdılar.

Bunun ən böyük səbəbi, Osmanlının müsəlmanlar tərəfindən idarə olunan bir İslam dövləti olmasına baxmayaraq, zorlaİslamlaşdırmaq kimi bir məqsədə sahib olmaması idi. Əksinə, Osmanlı dövləti, müsəlman olmayanlara da təhlükəsizlik və əmin-amanlıq təmin etməyi, onları ədalətlə və İslam idarəsindən razı olacaqları şəkildə idarə etmək məqsədində idi.

Halbuki eyni dövrlərdə dünya üzərindəki digər böyük dövlətlər çox sərtanlayışa, zalım və mərhəmətsiz bir rəhbərlik anlayışına sahib idi. İspaniya Krallığı, İber Yarımadasında müsəlmanların və yəhudilərin varlığına dözə bilməyibvə hər iki cəmiyyətə qarşı böyük bir vəhşilik həyata keçirmişdi. Digər bir çox Avropa ölkəsində Yəhudilərə yalnız Yəhudi olduqları üçün zülm edilir(məsələn gettolara həbs edilirlər), hətta bəzən kütləvi qırğınlara (“pogrom”lara) hədəf olurdular. Xristianlar bir-birlərinə qarşı belə dözümsüzdülər; Katolik və Protestantlar arasındakı qarşıdurmalar, 16-cı və 17-ci əsrlərdə Avropanı qan gölünə çevirdi. 1618-48-ci illərarasında baş verən “30 il döyüşləri”, təməldə Katolik-Protestant qarşıdurmasının bir nəticəsi idi. Bu döyüş nəticəsində Orta Avropa sanki bir xarabaya çevrildi, yalnız Almaniyada 15 milyonluq əhalinin üçdə biri yox oldu.
Bu mühitdə Osmanlının qurduğu idarənin son dərəcə insanpərvər olması şübhəsiz əhəmiyyətli bir həqiqətdir.

Bir çox tarixçi və siyasət alimi də bu həqiqətə diqqət çəkməkdədir. Bunlardan biri, bütün dünyadaməşhur olan Orta şərq mütəxəssisi Kolumbiya Universitetinin professoru çox yaxın zamanlarda vəfat edən Prof. Dr. Edward Səiddir. Qüdslü Xristian bir ailədən olan və Amerikan universitetlərində işlərini davam etdirən Edward Səid, İsraildə nəşr olunan Haaretz qəzetinə verdiyi müsahibədəOrta şərqdə qalıcı bir sülhün olmasıüçün “Osmanlı Millət Sistemi”ni təklif etmişdi. Səidin şərhi belədir:
“Ərəb dünyasındakı digər azlıqlar necə yaşaya bilirsə, (Ərəblər arasındakı) bir Yəhudi azlığının yaşaması da mümkündür... Bu, Osmanlı İmperatorluğu altında çox yaxşı işləmişdi. Onların sistemi, indi sahib olduğumuz sistemdən daha çox insanpərvər görünməkdədir.”
Tarix, İslamın, Orta şərqə ədalətli, insanpərvər, mərhəmətli bir rəhbərlik tərzi təqdim edən tək etiqad sistemi olduğunu göstərir. Osmanlı İmperatorluğunun bölgədən çəkilməsiylə bitmiş olan “Pax Ottomana” (Osmanlı Sülhü) hələ də əvəz edilə bilmir. Buna görə də Orta şərqə sülhün gəlməsinin yolu Quran əxlaqının öyrətdiyi kimi, insanpərvərvə qarşılıqlı güzəşt olan Osmanlı modelinin hakim olmasıdır. Çünki İslam hər cür şiddətin, qarşıdurmanın, döyüşün, terrorun həlli yolu, sülhün, insanpərvərliyinvə sabitliyin yoludur.

Nəticə: qərb dünyası üçün təkliflər

Bu gün Qərb dünyası terrortəşkilatlarından narahatdır və bu narahatlıq yersiz deyil. Terroru reallaşdıran və buna dəstək verən bütün cinayətkarlar beynəlxalq hüquq və ədalət ölçülərində cəzalandırılmalıdır. Amma bundan daha əhəmiyyətli olan, bu problemin həlli üçün hansı uzun müddətli strategiyaların həyata keçirilməsidir.

Bura qədərki qiymətləndirmə, terrorun İlahi dinlərdə heç bir yeri olmayan insanlıq cinayətiolduğunu göstərir, son dövrdə ortaya çıxan “İslami terror” anlayışının yanlışlığınıortaya qoyur. Bu isə bizə mühüm nöqteyi-nəzər təmin edir:

1) Qərb dünyası, xüsusilə ABŞ, terrorla mübarizə etməkdə əlbəttə haqlıdır. Amma bu mübarizənin hər hansı bir dinə və onun mənsublarına qarşı olmadığı kimi İslama və Müsəlmanlara qarşı bir döyüş olmadığını, əksinə İslamın xeyrinə bir tədbir olduğunu, çox açıq bir şəkildə göstərməlidir. “Mədəniyyətlər qarşıdurması” adı ilə 90-cı illərdə ortaya çıxantəhlükəli ssenari, nə olur olsundurdurulmalıdır. Mədəniyyətlər arasında qarşıdurma deyil, insanpərvərlikvə sülhyaşanmalıdır.

2) Sevgi, dostluq, sülh və qardaşlıq dini olan “Həqiqi İslam”ın inkişafı və İslam cəmiyyətləri tərəfindən başa düşülməsi dəstəklənilməlidir. İslam ölkələrindəki radikal fraksiyalara qarşı istifadə ediləcək həll “zorakı qəbul etdirmə” deyil, əksinə belə bir siyasət kütlələri daha çox reaksiyaya yönəldəcək. Həll yolu, həqiqi İslamın başa düşülməsi yəni; insan haqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, sənət, estetika kimi Quran əxlaqındaolan anlayışları mənimsəmiş, insanlığa xoşbəxtliyi və yaşamaq sevinci təqdim edən bir Müsəlman modelinin yayılmasıdır.

3) Terrorun mənbəyi cəhalət və fanatizmdir və bunun həlli də təhsildir. Terrora simpatiyası olanlara, terrorun İslama tamamilə zidd olduğunu, əksinə bu vəziyyətdə İslama, Müsəlmanlara və bütün insanlığa zərər verəcəklərini izah edilməli və bu insanlar barbarlıqdan təmizlənmələri üçün maariflənməlidirlər. Amerika Birləşmiş Ştatlarının bu istiqamətdəki təhsil siyasətini dəstəkləməsi çox müsbət nəticələr verəcək.

4) Kommunist, faşist, irqçi və digər ideologiyalardan qaynaqlanan terrora qarşı da uzun müddətli mədəni həll yolları inkişaf etdirilməlidir. Bu gün dünyanın hər tərəfindəki ölkələrdə təhsilin təməlini materialist və Darvinist düşüncə meydana gətirir. Halbuki Darvinizm - daha əvvəl də qeyd etdiyimizkimi - insanı daimi konflikt edənbir heyvan olaraq görən, yalnız konfliktin və döyüşün insanı inkişaf etdirəcəyinə inanan və hər cür terrora təməl hazırlayan düzgün olmayan ideologiyadır. Yalnız güclülərin həyatda qalacağını müdafiə edən və döyüşü bir səbəb olaraq görən Darvinizm əsrlərdir bütün dünyanı bəladan bəlaya aparan böyük bir bataqlıq kimidir. Buna görədə terrorla mübarizədə reallaşdırılacaq hüquqi və polis tədbirlərinin yanında, bütün dünyadageniş şəkildə təhsil səfərbərliyinin də başladılması lazımdır. Bu təhsilin əsasını da, Darvinizm və materializm yalanının gərçək üzünü göstərmək və Allahın insanlar üçün təyin etdiyi gözəl əxlaqı hər kəsə öyrətmək təşkil etməlidir. Arzu edilən əmin-amanlıq və sabitlik yalnız, dinin gətirdiyi əxlaqın gözəllikləri insanlar arasında yayılmışşəkildə yaşandığında olacaqdır. Çünki bataqlığı qurutmadan, bu bəladan xilas olmaq mümkün deyil.

Tarixdə bəzi cahillər (məsələn Xaçlılar) bu həqiqətianlamayaraq iki dinin arasında qarşıdurmalara səbəb olublar. Eyni ssenarinin təkrarlanmamağı üçün həqiqiXristianların və Müsəlmanların əməkdaşlıq etməsi lazımdır. Onsuz daAmerikadakı və İstanbuldakı kədərli hadisədən sonra yaşanan irəliləyişlər də bu əməkdaşlığın toxumlarının atıldığını göstərir. Bu dəhşətli terror hadisələri Xristian və Müsəlman cəmiyyətlər arasında bir yaxınlaşma başlatmış, bir çox Xristianın İslam dinini daha yaxından tanımaq üçün işlər görməsinə vəsilə olmuş, Müsəlmanların da Quranda təsvir edilən gerçək İslam əxlaqını izah etmək üçün çox daha ciddi bir səy içinə girmələri ilə nəticələnmişdir.

Bütün bu irəliləyişlər insanların İslam əxlaqını daha yaxından tanıyacaqlarının və bu günə qədər sahib olduqları bütün ön fikirlərdən yayınacaqlarınında şad xəbərçisidir. Allahın izni ilə, 21-ci əsr yer üzünə arzu edilən sülhvə sabitliyi gətirməyin tək yolunun İslam əxlaqının həyata keçməsi olduğunun aydın olduğu bir əsr olacaq.


Tarix: 24.11.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...