Bir gün, bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var." deyər. Bunun üzərinə Peyğəmbərimiz o kimsəyə, "Nə istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz arasında bu dialoq yaşanar:
- İnsanların ən zəngini olmaq istəyirəm.
- Qənaətkar olsan insanların ən zəngini olarsan.
- İnsanların ən xeyirlisi olmaq istəyirəm.
- İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.
- İnsanların ən ədalətlisi olmaq istəyirəm.
- Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlis(n)i olarsan.
- İnsanlar içində Allaha ən yaxın, Onun ən/ xas qullarından olmaq istəyirəm.
- Allahı çox zikr edib xatırlayar və xatırlasan o zaman Allahın ən xas qulu olarsan.
- Muhsinlerden, yaxşılıq edənlərdən olmaq istəyirəm.
- Allaha, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU görməsənsə də O səni görür.
- İmanımı kamala çatdırmaq istəyirəm.
- Gözəl əxlaqlı olsan imanın kamala çatar
- İnsanların ən mərhəmətlisi olmaq istəyirəm.
- Əvvəl özünə və insanlara mərhəmət et/ət ki; Allah da sənə mərhəmət etsin.
- Qiyamət günü nur içində yatmaq istəyirəm.
- Heç kimə zülm etmə, qiyamət günü nur içində yatarsan.
- Günahlarımın azalmasını istəyirəm.
- İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar.
- İnsanların ən kərimi olmaq istəyirəm.
- Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.
- Ruzimin bol olmasını istəyirəm.
- Təmizliyə davam etsən ruzinin bol olar.
- Allah və Elçisi tərəfindən sevilmək istəyirəm.
- O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.
- Allahın mənə qızmasından özümü qorumaq istəyirəm.
- Kimsəyə qızmazsansa Allahın qəzəbindən və qızmasından xilas olarsan.
- Duamın qəbul edilməsini istəyirəm.
- Haramlardan çəkinsən duaların qəbul olar.
- Allahın məni başqalarının yanında alçaq etməməsini istəyirəm.
- Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
- Allahın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm.
- Qardaşlarının ayıblarını örtsən Allah da sənin ayıblarını örtər.
- Mənim günahlarımı nə silər?
- Gözyaşların, huduun (hörmətlə Allaha qulluğun) və xəstəliklər
- Allah yanında hansı yaxşılıq daha fəzilətlidir?
- Gözəl əxlaq, təvazö, bəlalara səbir və qəzaya razılıq.
- Allah yanında ən böyük günah hansıdır?
- Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən xəsislik
- Rəhman Allahın qəzəbini nə dindirər?
- Gizlidən gizliyə sədəqə vermək və sılasnı rəhm (qohumları ziyarət və görüb güdmək).
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar